Sehrli qarpız
Biri vardı, biri yoxdu, bir kənddə Xumar adlı mehriban bir
qadın vardı. Xumar xala uşaqları sevər, həmişə müxtəlif şirniy-
yatlar bişirib onları qonaq edərdi. Qadının evinin yanında bulaq axırdı. O, səhəngə bulaq suyu doldurub hamıya paylayardı. Xumar xala ilə qonşuluqda bir qadın yaşayırdı. Deyingən olduğundan hamı ona Deyingən xala deyirdi. O, bütün günü deyinər, zəhlə tökərdi. Deyingə xala uşaqları sevməz, onları həmişə danlayardı.
Bir gün bir yaralı göyərçin uça bilməyib yaşıllığa düşdü. Bunu görən Xumar xala göyərçini götürdü, yaylığını kəsib yaralı qanadını sarıdı, başından öpüb evinə apardı. Həmin gün Xumar xala uşaqları yenə də şirniyyata qonaq etmişdi. Uşaqlar yaralı göyərçini görən kimi başına yığışdılar. Biri ona buğda, digəri su verdi. Uşaqlardan ən kiçiyi isə sevinə-sevinə kəndə qaçdı:
- Bizim evdə gözəl göyərçin var! Bunu eşidən Deyingən xala
tez özünü Xumar xalagilə çatdırıb dedi:
- Neyləyirsən yaralı göyərçini, onu mənə ver!
- Bəs sənin nəyinə lazımdır?
- Pişiklərim ajdır, onlara verəjəyəm!
- Nə danışırsan? Yazıq quş uça bilmir, mən onu sağaltmaq
istəyirəm, sən də deyirsən ver pişiklərim yesin.
- Əvəzində sənə pul verərəm, - Deyingən xala dedi.
- Özünü yorma, verən deyiləm! Yazıq deyil, bəlkə onu balaları
gözləyir? Pulunu isə qoy jibinə!
Bir neçə gündən sonra quş sağaldı, uçub yuvasına getdi. Balalarına yem aparıb onları sevindirdi.
Günlər keçdi. Balalar böyüdü. Anaları ilə birgə uçmağa başladılar.
Bir dəfə uçanda Ana göyərçin balalarına dağların arasında bir evi göstərib dedi:
- Baxın, o evdə yaşayan qadın məni sağaltdı. Əgər o olmasay-
dı, bəlkə də indi mən sizinlə birlikdə olmazdım. Göyərçin yaralı olanda həmin qadının ona etdiyi yaxşılıqdan danışıb dedi:
- Mən gərək həmin qadınayaxşılıq edəm! Göyərçin meşədən bir toxum gətirib onu qadına verdi və dedi:
- Ey mehriban, gözəl qadın! Mən sənin yaxşılığını heç vaxt unutmayajağam.
Bu toxumu ək, gündə ona iki dəfə su verməyi unutma! Qadın "sağ ol!" deyib toxumu götürdü. Onu əkib, gündə iki dəfə su verdi. Bir neçə aydan sonra toxumdan böyük bir qarpız yetişdi. Qadın qarpızı kəsdi. Qarpız çox şirin və dadlı idi. Amma qarpızın tumları qızıldan idi. Bu xəbər Deyingən xalaya çatan kimi paxıllığından bütün günü
deyindi. Sonra fikirləşib quşa tələ qurdu. Quş tələyə düşüb ayağından yaralandı. Deyingən gəlib onun ayağını sarıdı.
Quş düz bir ay uça bilməyib Deyingən xalanın evində qaldı.
Uçub gedəndə ona çoxlu qızıl gətirməsini tapşırdı.
Quş uçub getdi. Özünə bu pisliyin əvəzini çıxajağına söz verdi.Bir gün Deyingən xala uzaqdan ona tərəf uçan quşu gördü.Quş qadına bir toxum atdı və tapşırdı ki, onu əksin, gündə ikidəfə sulasın. Qadın toxumu göydə tutub sevindi. Tez toxumu əkdi.
Günlər keçdi, qarpız yetişdi. Deyingən xala ajgözlüklə onu kəsdi. Qarpızın içindən çoxlu arı uçub
Deyingən xalanı sanjmağa başladı. Deyingən xala hara qaçdısa,arılar ondan əl çəkmədi. Tamahkar qadın jəzasına
çatdı. Xumar xala isə həmişəki kimi gülər üzü, xoşxasiyyəti
ilə hamını sevindirir və bu sevinjdən özünə də çoxlu pay götürürdü.