Bib - Bab

Bib - Bab

Biri vardı, biri yoxdu, Tiko adlı balaca bir maşın vardı. Tiko sürətlə getməyi bacarırdı. Amma nə məktəbə getmək, nə də hərfləri öyrənmək istəyirdi. Elə buna görə də yol hərəkəti qaydalarını bilmirdi.

    Bir gün Tiko təkəbbürlə yola çıxıb dedi:

   - Getdik!

   Tiko oxumağı çox sevirdi. Bu dəfə də o, "Bib-bab" mahnısını oxumağa başladı.

 

Bib-bab, mənə yol verin,

Bib-bab, yoldan çəkilin.

 

    Tiko çox sürətlə gedirdi. Bu vaxt hardansa yaxınlıqdan səs eşitdi:

   - Ay uşaq, bir az yavaş, nə edirsən?

    Tiko bir sağa, bir sola baxdı, heç kəsi görmədi, yuxarı baxanda hündürboy Qaldırıcı kran əmini gördü. Kran əmi hirslənmişdi:

Tiko qaydaları bildiyini sübut etməyə çalışsa da, Qaldırıcı kran ona inanmadı:

    - Qaydaları oxumaq və öyrənmək lazımdır!

    - Mənə qaydaları oxumaq lazım deyil, qoy onları maşını sürə bilməyənlər öyrənsin!

      Tiko bunu deyib oxuya-oxuya getdi.

    "Bib-bab, yol verin

     Tez yolumdan çəkilin!

   - Balaca, hara keçirsən?

     Balaca deməsi Tikonun xoşuna gəlmədi. O, həmişə özünü böyük sayırdı. 

   - Heç yerə keçmirəm, sadəcə gedirəm. Bib-bab!

   - Çox nahaq yerə sürətlə gedirsən, axı sən yaxşı maşın sürməyi bacarmırsan!     

   - Mən yaxşı gedə bilməsəm, heç vaxt hamını ötmərəm!

   - Maşını bərk sürsən də yol hərəkəti qaydalarını bilmirsən. Əgər bilsəydin yol nişanlarını tanıyardın. Görürsən, burda nişan asılıb. Nişanda isə göstərilir ki, bu tərəfə maşın yolu yoxdur. Çünki burda tikinti gedir. Sən isə deyirsən maşın sürə bilirəm. Qaydaları bilsəydin belə deməzdin!

  Qaldırıcı kran o qədər hirslənmişdi ki, sözünü deyib üzünü yana çevirdi. 

                                                                "Nə istəsəm edirəm,

      Hara istəsəm gedirəm!". 

 

        Parkın yanından keçəndə yolun kənarında bir təkərli dondurma tumbası dayanmışdı. O, uşaqları sevindirir, onlara dondurma verirdi.

        Tumba uzaqdan çox sürətlə, vəhşi kimi yaxınlaşan balaca maşını gördü. Fikirləşdi: "Çəkilən deyiləm, qoy özünü yığışdırsın, qaydalara əməl eləsin! Məgər o görmür ki, yolun kənarında işarə qoyublar, - "Parkın yaxınlığında, uşaqlar çox gəzən yerdə maşını sürətlə sürmək olmaz!" işarəsi.

       Tiko isə heç sürətini azaltmaq istəmirdi. O, elə sürətlə gəlirdi ki, maşını döndərə bilməyib dondurma tumbasını vurdu. Tumba qışqırıb yerə yıxıldı. Üstü-başı torpağa bulaşdı, əzildiyindən güclə ayağa qalxa bildi. Hirsindən polisi çağırmağa başladı:

    - Polis! Polis!

   Polis gəlib çıxdı. Tiko özünü elə itirmişdi ki, hətta Təkərli dondurma tumbasından üzr istəmək belə yadından çıxmışdı.

    - Burda nə baş verib? - Polis soruşdu.

     Təkərli dondurma tumbası həyəcanla cavab verdi:

    - Bu oğlan yol hərəkəti qaydalarından xəbərsizdir.

     Polis Tikoya dedi:

   -  Ardımca gəlin!

     Tiko qorxusundan danışmayıb səssizcə polisin ardınca getməyə başladı. O, utandığından başını aşağı salmışdı. Başını qaldıranda gördü məktəbdədir. Onu parta arxasında oturtdular. Qarşısına da dəftər, kitab qoydular. Tiko o tərəfinə, bu tərəfinə baxdı. Bir tərəfində yük maşını, bir tərəfində isə avtobus oturmuşdu.Tiko fikirləşdi: "Bu boyda maşınlar oxuyur, deməli oxumaq vacibdir. Mən də oxumalıyam. Bib-bab! Bib-bab!". Dedi və həmin gündən də fikrini dəyişdi.