Ən varlı cavan
Biri vardı, biri yoxdu, bir padşah vardı, padşahın gözünün ağı-qarası bir qızı vardı. Şah qızını çox istəyirdi. Qız da adi qız deyildi, sehrli qızdı, yaşının az olmasına baxmayaraq, quşların, heyvanların dilini bilirdi. Ağıllı, kamallı, hər şeydən başı çıxan, özü də gözəl-göyçək qızdı.
Bir gün şah qızını da götürüb dəniz səyahətinə çıxmışdı. Birdən şah qızı gördü ki, iki qağayı gəminin üstündə dövrə vurub oxuyurlar.
Qız onlara qulaq asan kimi rəngi dəyişdi, oldu ağappaq. Yaylığını başından açıb quşları qovmağa başladı:
- Uçun, gedin burdan, bədxəbər quşlar!
Şah həyəcanla qızından soruşdu:
- Onlar nə danışdılar ki, rəngin saraldı?
- Ata, onlara fikir vermə!
- Yox, qızım, gəl məndən heç nəyi gizlətmə! Quşların nə danışdığını mənə de!
Ata nə qədər dedisə, şahzadə quşların nə danışdığını ona demədi. Axırda şahın çox bikef olduğunu görən qız sirri açmağa hazırlaşdı. Amma araya yemək gəldiyindən qız fikrini dəyişdi:
- Ata, mən səni dünyalar qədər istəyirəm, amma gəl yeməyimizi yeyək, sonra quşların nə dediyini bildirim. Şah razılaşdı.
Şah və qızına nahar yeməyi üçün balıq bişirmişdilər. Elə təzəcə balıqdan bir tikə ağızlarına
qoymuşdular ki, şah qızı
boğulmağa başladı:
Özünü şaha təqdim edib dedi:
- Şah sağ olsun, gəlmişəm qızını sağaldam!
- Kimsən sən?
- Mən dünyanın ən kasıbı və eyni zamanda ən varlısıyam!
Şah inanmadı:
- Bu necə olur ki?
- Mənim varım, dövlətim həmişə yanımda olur.
Gənc cibindən bir şüşə dərman, iynə, çəkic və çömçə çıxarıb dedi:
- Qulaq as, şahım! Mən yaxşı dərzilik öyrənmişəm. İstəsəm sənə elə gözəl, naxışlı xalat tikərəm ki, şah adına layiq, onu alıb əvəzində mənə çoxlu qızıl verərsən. Mən həm də yaxşı dəmirçiyəm. Az bir vaxtda sənə elə qılınc düzəldərəm ki, dünyada elə qılınc bir səndə olar. Həm də aşpazlıq sənətini bilirəm. Az zamanda elə yemək hazırlaram ki, dadından doymazsan. Mən həm də həkimlik öyrənmişəm.
Bu gün mən kasıb bir oğlanam, amma indi sənin qızını sağaldıb dünyada ən varlı bir cavan olacağam. Bunu eşidəndə şah ayağa qalxdı, kasıb oğlana az qala yalvardı:
- Təki qızımı sağalt, istəsən lap şahlığı verərəm sənə.
- Yox, şahım! Mənə heç nə lazım deyil. Təki şahzadə sağalsın. Mən sənətimlə kasıb qalmaram.
Bunu deyib oğlan qızın bağlı göz qapaqlarını azca qaldırıb nəbzini tutdu:
- Mənə iki qaşıq gətirin!
Ona iki qaşıq verdilər. Oğlan qaşıqları birləşdirib kəlbətin formasında qızın boğazına salıb sonra isə birdən çəkdi. İki qaşığın arasında iri balıq sümüyü vardı. Qız asqırıb özünə gəldi. Hamı bu işə məəttəl qaldı. Şah oğlana böyük bir saray bağışladı. Kasıb oğlan bir günün içərisində oldu ən varlı cavan.