Gülzar nənədən

Gülzar nənəni tanımaq ücün

bu səhifəni  oxumaq kifayət edər.

 

Gülzar nənənin nağıllarında baş verən kriminal hadisələr haqqında.

      Yaxşı ki, bu hüquq mühafizə orqanları var. Yoxsa nələr baş verməzdi… 

       Məhkəmə zalı. Təsəvvür edin ki, məhkəmədə yaşlı bir qarının cinayət işinə baxılırdı. Neyləmişdi? Eşidin, biləcəksiniz! Məhkəmədə hakim günahkara dedi:

- Günahkar, özünüzü təqdim edin!

- Adım yadımdan çıxıb. 240 yaşım var. Özüm haqqında da heç nə bilmirəm!

  Hakim özü günahkar haqqında məlumait verdi:

- Qarının adı kimsəyə məlum olmasa da, o artıq neçə illərdir ki, Küpəgirən adı ilə tanınır. Bu vaxta qədər çox cinayətlər törətsə də, cinayətlərinin üstünü açmaq mümkün olmayıb. Amma meşə mühafizəçiləri sonuüncu cinayətinin üstünü açıblar. Onlar vertolyotla meşənin üstündən keçərkən Küpəgirən qarının törətdiyi növbəti cinayətin şahidi olublar.

     Nə görsələr yaxşıdır? Görüblər qarı meşənin sıx yerində böyük bir ocaq yandırıb, üstünə də böyük bir qazan qoyub. Qazanda isə nə olsa yaxşıdır? Yox, kim olsa yaxşıdır? Nağılcı Gülzar nənə. Nə təhər Küpəgirən onu tutubsa, necə onu qazana salıbsa... Nəyə görə onu bişirirmiş. Bu ki insan azadlığı qanunlarına ziddddddddddddir. (Hakim hirsindən kəkələdi). Qoy günahkar özü danışsın. Günahkar, nəyə görə belə bir cinayfət törətmisiz?

Küpəgirən qarı ifadə verdi:

- Əvvəla mən günahkar deyiləm, günahkar o qazandan çıxardığınız jurnalistdir ki, iş-gücü məndən nağıl quraşdımaqdı. Məni elə biabır eləyib ki, uşaq da böyük də, heyvan da, quş da məndən qaçır, öz pişiyimi, itimi sehr-tilsim gücünə qapımda saxlaya bilirəm. Onların da məndən zəhləsi gedir.Neçə dəfə nağıllarına şəklimi elə eybəcər vurub, baxan mənə gülür. Mən ona heç bir şey eləməmişəm, amma özü mənnən düşmənçilik eləyir. Məndən nələr yazır, nələr yazır… Hamısı da şər, böhtan! Başıva dönüm, yazır, güya mən quşları yeyirəm, uşaqları qorxuduram. Həmişə məni böhtanlayır. Bir siçan yeyirəm, yazır yüzünü yemişəm. Bir dovşan atıram qazana, yazır, meşədə dovşan qalmıyıb. Bezdirib məni.

     Mən də qərara gəldim ki, onu qazanda qəşəng bişirim, ləzzətlə yeyim. İndi görün günah məndədir, yoxsa onda.

Hakim ayağa durdu:

     - Kimin günahkar olduğu haqda hakim qərar çıxaracaq. Ziyan çəkmiş şəxs, - yəni, qazandan çıxarılmış şəxs! Özünüzü təqdim edin! Başınıza gələnləri danışın!

    Gülzar nənə ayağa qalxıb danışmağa başladı. Amma elə danışdı heç kəs bir kəlmə başa düşmədi ki, nə deyir:

- Mən bir dəfə biri varrrrrrrr, biri yoxxxxxx,tilsim, Küpəgir, qazan, alov, bişir!

Gülzar nənənin vəkili ayağa qalxıb onu müdafiə elədi:

- İcazə verin, qoca nənənin nə demək istədiyini sizə çatdırım. O bişirilmə üçün qazana qoyulandan sonra dili tutulub, kəkələyir.

     - Möhtərəm hakim, məhkəmə iştirakçıları! Müdafiə elədiyim Gülzar İbrahiimova – yəni Gülzar nənə artıq 15 ildir ki, nağıl yazır. Uşaq dilini yaxşı bildiyi qalsın bir tərəfdə, o hətta heyvanların da, quşların da dilini elə mükəmməl bilir ki, onların başına gələnləri, dediklərini uşaqlara çatdırır. Bütün meşə heyvanları, quşlar, hətta uşaqlar da Küpəgirən qarıdan qorxur və ondan həmişə Gülzar xanıma şikayət edirlər. Elə heyvanlar, quşlar var ki, Küpəgirən qarı onlardan gündə neçəsini yeyir. Məsələn yarasalar, göyərçinlər, bildirçinlər. Artıq yarasaların kökü kəsilmək üzrədir.  Bu Gülzar xanımı narahat elədiyindən o həmişə Küpəgirən qarının əməllərindən yazır ki, hamı onu tanısın.

    Bu və başqa səbəbdən də  Küpəgirən qarı Şef redaktoru aradan götürməyə çalışıb.

    Məhkəmə zalında uğultu qopdu. Hamı bir səslə «Aman!» dedi. Küpəgirən qarıya «lənət» oxudular.

    Hökm oxundu:

  1. Küpəgirən qarı Nağılçı nənəni bişirib-yemək istədiyinə görə özü cəzalandırılsın!

   2 . Yanacaqdoldurma məntəqələri tərəfindən 1 il müddətində Küpəgirən qarının süpürgəsinə benzin tökülməsin, süpürgə göyə qalxa bilməsin, uça bilməsin, quşları, yarasaları tuta bilməsin!

  3.  Gözəllik İnstituna tapşırılsın! Küpəgirən qarının üzündə elə əməliyyat aparsınlar ki, gözəlləşsin və uşaqlar ondan qorxmasınlar!  

 4. 10 il müddətində Küpəgirən qarıya Gülzar nənəni yemək qadağan olunsun!  

Doğrudan da Hakim çox ağıllı, müdrik, ədalətli qərar çıxartdı.

 

İkinci kriminal hadisə 

 

       Nağıllar dünyasında kriminal hadisə baş verib. İş məhkəməyə qədər gedib çıxıb. Hakimlər hər iki tərəfi – günahkarı və şikayətçini dindiriblər.

      Günahkar özü məhkəmədə çıxış edib. Amma şikayətçi bizim dildə danışa bilmədiyindən məhkəmədə onun vəkili çıxış edib.    

     Vəkil deyib: «Gülzar nənə Amazon çayında yaşayan boylu-buxunlu, yamyaşıl, yaraşıqlı, iri sədəf dişli timsahı Sehirli nağıllarında elə vəhşi təsəvvür edib ki, güya timsahın dişləri əyri-üyrü, eybəcərdi, şzü də yırtıcıdı. Əlinə düşəni parçalayıb yeyir, "doydum, ay camaat", - demir.

     Bu dəhşətdir. Gələcək nəsillər tarixə düşmüş alicənab timsah haqda nə fikirləşəcəklər. Ulu babalarının belə təhqir edilməsi ilə  barışa biləcəklərmi? Elə bu səbəbdən də mənim müdafiə etdiyim timsah qəzəblənmiş, min kilometrlərlə yolu üzərək, dənizlərdən, çaylardan keçmiş, nağılçı Gülzar nənəni yemək üçün Bakıya gəlmişdir. Yaxşı ki, lazımi orqanlar onun bu hərəkətindən vaxtında xəbər tutaraq faciənin qarşısını almışlar.

     Məhkəmə zalında əyləşənlər bunu eşidəndə dəhşətə gəldilər. Bir ağızdan «Aman!» - dedilər. Amma heç kəs başa düşmədi ki, onlar kimin hərəkətini pisləyirdilər. Nənənin, yoxsa Timsahın. Hakim günahkara, yəni nənəyə sual verdi:

    -  Günahkar! Özünüzü məhkəmə prosesində iştirak edənlərə təqdim edin!

    -   Gülzar İbrahimova Hidayət qızı, 1958-ci ildə Zəngəzur mahalında anadan olmuşam. Lap coxdandı, 15 ildən çoxdu ki, nağıl yazıram. İşimi sevirəm. Heyvanların, quşların dilini bilirəm. Tez-tez onlarla təmasda oluram. O qədər onlara nağıl yazmışam, heç vaxt məndən narazı qalan olmayıb. Bircə bu Amazon vəhşisindən başqa. Onun da haqqında məlumatı internetdən götürmüşəm. Elə şəklini də. Yoldaş Hakim! Mənim heç bir təqsirim yoxdur. Günah onundur ki, özü haqda həmin məlumatı internetə qoyub.

     Gülzar nənə sənədləri çıxarıb Hakimə və zaldakılara göstərdi. Hamı bir səslə «Aman!», dedi. Amma heç kəs başa düşmədi ki, onlar kimin hərəkətini pisləyirdilər. Gülzar nənənin, yoxsa timsahın.

     Bu dəfə Hakim üzünü Timsahın vəkilinə tutdu:

  - Düzdür ki, sizin müdafiə etdiyiniz Timsah internetə elə bir məlumat və şəkil qoyub?

      Vəkil coşub-daşdı: 

   - Məlumatı və şəkli internetə qoymağına qoyub, amma şəkildə üzünə maska taxıb. Çünki məlumat zarafatla yazılıb, şəkil isə Yeni il karnavalı vaxtı çəkilib. Belə bir məlumatı nağıla qoymaq, ən azı əsilli, nəcabətli Amazon timsahına yaraşmaz. Uşaqlar onu görüb nə fikirləşərlər? Zəhlələri gedər ondan!

   Hakim kiçik bir müşavirədən sonra hökm çıxarıb oxudu:

 - Gülzar nənə Amozon timsahı haqda yanlış nağıl yazdığına görə, şəklini səhv göstərdiyinə görə cəzalandırılsın. Ona bir il müddətinə timsah haqda nağıl yazmaq qadağan olunsun! Timsahın vətəninə qayıtması üçün bütün xərcləri nağılçı ödəsin.  Bundan başqa Timsaha dəyən mənəvi ziyanın ödənilməsi üçün nağıl kitabının ön səhifəsində «təkzib» verilsin. Yəni, timsahın rəsmi gözəl çəkilib verilsin və əvvəlki rəsmin və nağılın səhv getdiyi, etiraf edilsin!

    Bu da başqa kriminal məlumat!  

    Qeyd: Belə hadisələr nağıllar dünyasında tez-tez baş verir. Birini bilirsiz, o birini yox. Nağıllar yazılana qədər nələr baş verir, nələr baş verir. Bircə bilsəniz!!!