Nərdənə və nar

Nərdənə və nar


Nərdənə bağa girdi

Bağdan bircə nar dərdi

Onu tək-tək dənələdi

Saydı gördü yüz dənədi

 

Nar dərən qız narı yedi 

Sonra birini də dərdi.

Yenə saydı yüz dənəydi,

Nar yeyən qız Nərdənəydi.

 

Görün Nərdənə neylədi,

Doymayıb yenı nar dərdi,

Saydı o da yüz dənəydi

Nar yeyən qız Nərdənəydi.

 

Nərdənə, ay Nərdənə

Bizə də nar versənə!

Dedi, qonşu uşaqlar

Amma narsız qaldılar.

 

Nərdənə nardan doydu

Qarnı nə boyda oldu!

Yedi qız neçə yüz nar

Cavabını kim tapar?