Biri vardı, biri yoxdu, bir Eşşək vardı. Özü də əsl eşşək. Bir gün Eşşək meşədə gəzəndə elə dərin bir quyuya düşdü. Nə qədər çapaladı quyudan çıxa bilmədi, nə qədər anqırdı köməyinə çatan olmadı. Əlajı kəsilib sakitjə oturdu quyunun dibində. Bir saat, beş saat.
Otlamaq üçün meşəyə gəlmiş bir At quyunun yanından keçəndə Eşşəyi görüb soruşdu:
- Neyləyirsən orda?
- Burda neylərlər? Yəqin ki, yıxılmışam da, sorğu-suala tutmaqdansa, kömək elə çıxım!
- Əlbəttə, - deyə At ədəblə javab verdi
Arxa ayaqları ilə torpağı qazaraq ora o qədər torpaq tökdü ki, quyu dayazlaşdı. At dartıb Eşşəyi quyudan çıxartdı.
Eşşək quyudan çıxan kimi sevinmək əvəzinə deyinməyə başladı:
- Bir az yavaş ol daaaaa, belimi jızıq-jızıq elədin.
- Bilmədim, bağışla!
- Yaxşı, səhərdən ajam, heç olmasa, yeməyə bir şey tap gətir!
- Nə tapım?
- Nə istəyirsən, tənbəllik eləmə, çap!
At fikirli-fikirli getdi. Bir azdan belində xurjun, içərisi də dolu meyvə qayıdıb gəldi.
- Başqa fərli şey tapa bilmədin? Heç meyvə ilə də doymaq olar?
At pərt olsa da bir şey demədi, amma tərs-tərs Eşşəyin gözlərinə baxdı.
Getmək istəyəndə Eşşək onu saxladı:
- Hara gedirsən? Bir az belimi qaşı sonra gedərsən! Lap tənbəlsən, mənim tənbəllərdən zəhləm gedir.
Eşşəyin bu eşşəkliyi Atı lap hövsələdən çıxartdı. O, daha dözə bilmədi.
Arxasını çevirib arxa ayaqları ilə Eşşəyi elə vurdu ki, Eşşək yumbalanıb təzədən quyuya düşdü. Nə qədər qışqırdısa da, At ona məhəl qoymayıb yoluna davam elədi.
Səhər quyunun yanından keçəndə gördü ki, eşşək fağır-fağır oturub quyunun dibində. Atı görjək ayağı qalxıb dedi:
- Tamam unutmuşdum sənə təşəkkür edim!
- Nəyə görə?
- Əlbəttə, məni quyudan çıxartdığına görə! Təşəkkür edirəm
- Sağ ol!
- Dəyməz, mənim yerimdə kim olsaydı belə edərdi.
- Yeməyə görə də çox sağ ol! Meyvələr çox dadlıydı. Lap zəhmət çəkmişdin!
- Nuş olsun!
At istədi yoluna davam eləsin, Eşşəyin ağıllandığını görüb fikrindən daşındı. Yenə də onun quyudan çıxmasına kömək elədi. Eşşək isə doğrudan da ağıllanmışdı. Dedi:
- Sənin nejə də geniş ürəyin var, təşəkkür edirəm.
At sevindi. Əlbəttə ki, Eşşəyi dəyişdirə bildiyinə görə.