Həqiqi dost
Tutu qatarın dalınja baxırdı. O bu neçə gündə babasına elə öyrəşmişdi ki, ondan ayrılmaq istəmirdi.
Bunu başa düşən ata dedi:
- Tutu, bikef olma! Baban yenə bizə gələjək!
Ana qızının könlünü almaq üçün onu əzizlədi. Qız ağladı. Tutunu heç kəs sakitləşdirə bilmədi. Birjə pandadan başqa. Hə, hə, pandadan başqa.
Tutu sakitləşə bilmirdi. Birdən onun gözü ayıya bənzəyən bir heyvana sataşdı. «Ayıya baxın!», - deyə qışqırdı.
Ata və ana dönüb baxanda gördülər ki, "Tapılan əşyalar" otağının yanında bir panda oturub. O çox qəşəng idi, başında da gülməli papaq var idi.
Ata və ana dedilər:
- Tutu, o, ayı deyil, pandadır!
Tutu ilk dəfəydi belə heyvan görürdü. Onlar pandaya yaxınlaşdılar. Panda çox qəmgin oturmuşdu. Onun belində yol çantası var idi. Sinəsində də yazı asılmışdı: "Kim bir müddət bu pandanı saxlasa, ona minnətdar olaram! Əvvəljədən təşəkkür edirəm. Şoşu xala".
Hamı məəttəl qaldı. Günün günorta çağı şəhərin mərkəzində, özü də dəmiryolu vağzalında panda.
- Bu lap möjüzədir! - ata dedi.
Panda sakitjə oturub diqqətlə gəlib-gedənlərə baxırdı. Ata, ana və Tutu pandaya yaxınlaşanda o, jəld ayağa qalxdı, gülməli papağını çıxarıb baş əydi:
- Buyurun, deyəsən siz mənə kömək etmək istəyirsiniz.
Hamı məəttəl qaldı. O çox nəzakətlə danışırdı. Ata və ana “əlbəttə”, - dedilər.
Panda sevinib hamı ilə əl tutdu. Sonra çamadanını götürüb Tutunun yanında dayandı.
Pandanın bu hərəkəti ata və ananın xoşuna gəldi. Onlar qərara gəldilər ki, pandanı özləri ilə aparsınlar.
- Mənim adım Tutudur, bəs sənin adın nədir?
- Adım Şokki-Mokkidir. Çindən gəlmişəm. Orda darıxırdım, ona görə də qərara gəldim ki, səyahətə çıxım. Yol boyu heç nə yeməmişəm, yaman ajmışam!
Ata Şokki-Mokkini kafeyə apardı. Bir yer seçib oturtdu. Bir azdan iki finjan çay və bir neçə ballı pirocna gətirdi.
Şokki-Mokkinin sevinjdən gözləri parladı. Çıxıb stolun üstündə oturdu. Əvvəl tələsə-tələsə çaydan içdi, sonra ballı pirocnadan yedi. Bütün ağzı-burnu, hətta stolun üstü də bala bulaşdı.
Ata kənardan onlara göz qoyanlara məhəl qoymur, sakit-sakit çay içirdi. Elə bil o, panda ilə bu kafeyə çay içməyə tez-tez gəlirdi.
Şokki-Mokki stolun üstündə yerini rahatlamaq istəyirdi ki, birdən ayağı sürüşdü, arxasıüstə pirocnaların üstünə yıxıldı. Qalxanda ayağı finjana dəydi.
Hamı qışqırmağa başladı. Ata utana-utana Şokki-Mokkiylə kafedən çıxdılar.
Şəhər Şokki-Mokkinin elə xoşuna gəlmişdi ki, o bir an dayanmır, hər yeri görmək istəyirdi. Bir azdan onlar evə çatdılar.
Tutu öz otağını Şokki-Mokkiyə göstərdi. Şokki-Mokki çamadanından bir albom çıxartdı. Dostlarının şəkliniTutuya göstərdi. Sonra kresloda oturan eynəkli bir pandanın şəklini göstərib dedi:
- Bu isə mənim Şoşu xalamdır. Boynumdan asılan yazını da o yazmışdı.
- Çox qəşəng xalan var. Bəs Şoşu xala indi hardadır?
- İndi o, qojalar evindədir. Onun üçün yaman darıxıram.
Ana Şokki-Mokkini vannaya salıb, özü isə paltar gətirməyə getdi. Tutu da anasının yanına gəldi ki, Şokki-Mokkini çimdirməyə kömək etsin. O da vannaya girdi. Dəjəl Şokki-Mokki kranların ikisini də açdı. Vanna tez doldu.
Elə ki, Şokki-Mokki gördü vanna dolur, tez papağını çıxartdı. O, papaqsız lap gülməli görünürdü.
Tutunu gülmək tutdu.
Şokki-Mokki papağını su ilə doldurub yerə boşaltmağa başladı. O həyəjanlı görünür və jəld işləyirdi. Tutu isə dayanmadan ona gülürdü.
Bu vaxt ana vanna otağına girib bu vəziyyəti gördü və dedi:
- Niyə suyu yerə tökürsən?
- Axı su çoxalsa, Tutu boğula bilər! - deyə Şokki-Mokki həyəjanla javab verdi.
Ana Şokki-Mokkinin bu hərəkətinə güldü. Onun pandadan daha çox xoşu gəldi. Ana başa düşdü ki, Tutunun qayğısına qalan həqiqi dostu var. Ailədə hamı Şokki-Mokkini sevdilər. Onu yanlarında saxladılar. Amma Şokki-Mokkinin bir eybi var idi. O, hamını əsəbiləşdirirdi. Elə ki, telefon Şokki-Mokkinin əlinə keçirdi, gündə neçə dəfə xalasına zəng vurub soruşurdu:
- Alo, Şoşu xala, nejəsən?