Mən daha böyüyəm

Mən daha böyüyəm

(Hekayə)

Oğul: Siz həmişə mənə nəzarət edirsiz, bu məni yorur. Axı mən daha böyüyəm, özüm-özümü müdafiə edə bilərəm. 

Ata: Düzdü, hərəkətlərini dərk edirsən, amma səhvlərinə görə biz əziyyət çəkməli olruruq.

Oğul: Özünüz deyirsiz ki, adam səhv etdikjə öyrənir. Siz isə mənə sərbəstlik vermək istiəmirsiniz.

Ana: Biz sənə heç vaxt səhv məsləhət vermərik. Axı biz sənə görə həmişə narahat oluruq.   

Oğul: Nahaq narahat olursunuz. Mən artıq böyüyəm.

Ata: Sənin özünün nə vaxtsa şəxsi ailən olanda başa düşəjəksən ki, valideynlər uşaq üçün möhkəm dayaqdırlar. Hər bir valideyn istəyir ki, öz bildiklərini övladına öyrətsin.

Oğul: Mənjə başqasının ağlı adamın öz ağlını artırmaz. Çünki o adamın öz beyninin deyil. Adam gərək özü hər şey haqda qərar versin.

Ana: Ailədə yad adam olmur. Sənin problemlərin hamının problemidir. Problemi yığışıb, məsləhətləşib həll etmək lazımdır.

Oğul: Onda belə çıxır ki, mən həmişə sizinlə məsləhətləşməliyəm? 

Ana: Sən məsləhətləş, bundan sənə heç bir ziyan dəyməz.  

Ata: Məsləhətləş, amma son, düzgün qərarı özün qəbul et.

Palinanın gülər üzü

Gülzar nənəni tanımaq ücün bu səhifəni  oxumaq kifayət edər.

Dünyanın ən böyük nağılçısı

Dələnin nəyi əksik idi

 Tərs qız


NÖVBƏTİ SƏHİFƏ