Lovğalığın cəzasını çəkdim.

Quba rayonu 1-ci Nügədi kənd məktəbinin

şagirdi Eldarın başına gəlmiş

(5 s sinfi 1965-ci il)

 

Lovğalığın cəzasını çəkdim.

Qışın ortası idi. Bizim kəndin qışı çox soyuq olurdu. Bizim kənd ilə 2-ci Nügədi kəndi arasında bir çay axır. İki kəndi bir-birindən körpü ayırır. Körpünün yanında da çayın içərisindən buldozer çayın bir hissəsini daşlardan təmzləyərdi və orada bilmirik nə üçünsə balaca göl kimi düzələrdi. Ora da çay axıb tökülər, göl əmələ gələrdi. Yayda uşaqlar oradan balıq tutar, qışda isə su elə donardı ki, üstündə sürüşərdilər.

6-cı sinifdə oxuyurduq. Dostlarım İntiqam, Sərdar, Sədaqət bir neçə nəfər başqa sinfin uşaqları yığışdıq ki, buza sürüşməyə gedək. Quba simi, Bakı simiHamı xizək götürdü. Ən bö.yük xizək məndə idi. Həmin xizəyi atam mənims üçün bizə yaxın olan Ərməki kəndində düzəltdirmişdi. Ora dağ kəndi sayılırdı və çox vaxt qarlı olduğundan xizəkdən çox istifadə edərdilər. Mənims xizəyim hamının xizəyindən böyük idi. mən bu haqda bir söz deməsəm də bununla lovğalanırdım. Çayın donmuş gölünə çatan kimi hamıdan qabaq xizəyə oturub özümü atdım donmuş gölün üstünə. Sən demə, buz çatlayıbmış. Elə atılmağımla xizək qarışıq suyun altına girmsəyim bir oldu. Tərslikdən suyun altında uzunboğaz çəkməli çəkməm ilişdi xizəyin dəmirinə, nə qədər elədim,nə qədər elədim, ayağımı oradan çıxaprnda öilmədim. Uşaqlar köməyimə gəlib məni zorla suyun altından çıxartdılar. Mən soyuqdan göyərmişdim. Dilim söz tutmurdu. Kənddən aralıda bir ferma var idi. uşaqlar gedib həmin fermadan ot oğurlayıb gətirdilər. Yandırıb məni bir az isindirəndən sonra apardılar evimizə.

İslanmış paltarlarımı tez çıxarıb gizlətdim ki, başıma gələnləri evdəkilər bilməsin.