(Hekayə)
Gənc: Həyatda insan gərək yalnız özünə arxayın olsun.
Müəllim: Niyə? Sənə həmişə valideynlərin, dostların kömək edə bilərlər.
Gənc: Hər kəsin öz işi, öz problemi var. Kimin artıq vaxtı var ki, həmin vaxtı mənə sərf eləsin?
Müəllim: Əgər kim isə sənin xətrinə işindən ayrılıb sənə kömək etmirsə bu o demək deyil ki, o sənə kömək etmək istəmir, onlar belə etməsələr də məmuniyyətlə sənə vacib olan qiymətli məsləhət verə bilərlər.
Gənc: Bəzən insanlara məsləhətdən çox kömək lazım olur.
Müəllim: Sənə kömək lazım olarsa, bunu dostlarına, yaxud valideynlərinə bildir. Ən əsası odur ki, ürəyini açmağı bacarasan, susub özünə qapanmayasan. Belə hal adamın özünü əsəbi edir, sən öz acizliyini görüb daha da gücsüzləşirsən. Problemin isə olduğu kimi qalır.
Gənc: Belə çıxır ki, problemim olarsa, mə onu yaxınlarımla bölüşməliyəm.
Müəllim: Nəinki problemləri, hətta sevincini də yaxınlarınla bölüşməlisən. Bu da düzgün deyil ki, çətin vaxtlarında dostlarına müraciət edirsən, amma xoş saatlarında onları unudursan.