(Hekayə)
Ana: Niyə mənimlə kobud danışırsan? Mən günahkaram sənin kefin olmamasında?
Oğul: Sakit burax məni, ana! Yaxşı olar ki, adamın kefi olmayanda onu rahat buraxasan!
Ana: Kefin niyə pozuqdur? Gəl bunun səbəbini bir yerdə axtaraq. Dərdini mənimlə bölüş, səni nə narahat edir?
Oğul: Səninlə açıq danışmaq mümkün deyil. Çünki əgər bir şey sənin istədiyin kimi olmursa, məni o saat danlamağa başlayırsan.
Ana: Əgər sən nəyi isə səhv edirsənsə, mən bunu sənə deməliyəm. Sən də öz növbəndə səhvini başa düşməlisən. Amma sən səhvini başa düşsən də, düşməsən də mənim bir valideyn kimi borcumcur ki, səni xəbərdar edim ki, etdiyin hərəkət səhvdir. Həqiqi, səmsimi ailələrdə hamı bir-birinə düzgün yol göstərir, kömək edir.
Oğul: Bizim də ailəmiz həqiqi, səmimi ailədir?
Ana: Sən istəsən bu belə olar!