Sərxoş Tülkü
Bir Şanapipik xoruz yatıb yuxuda görür ki, dünyanın axırı olacaq. Daha doğrusu, əgər Qonur ayı ilə rastlaşmasa! Xoruz yuxudan qalxıb dərhal ola çıxır. Qaz ondan soruşur:
- Ay xoruz, hara hazırlaşırsan?
- Yola düşürəm. Yuxu görmüşəm. Ola bilər ki, bu gün dünyanın axırı olsun. Yuxuda mənə məlum olub ki, bu gün mütləq qonur Ayı ilə rastlaşmalıyam, yoxsa dünyanın axırı gələcək.
- Məni də özünlə apar, qorxuram!
- Gəl! Onlar gedəndə qara toyuğa rast gəldilər.
- Hara gedirsiz?
- Dünyanın axırıdır, gedirsənsə, sən də gəl qoşul bizə.
- Gedirəm, ancaq qoy balalarımı da çağırım.
- Tez çağır! - Qaz da toyuğu tələsdirdi. Toyuq möhkəm səslə qışqırdı:
- Qaq, qaq, qaq, qaq!
O saat bir dəstə cücə gəlib toyuğun dalına düşdülər. Xoruz, qaz, toyuq və cücələr yola düzəldilər. Yolda bir tülküyə rast gəldilər. Tülkü bir dəstə toyuq-cücəni görəndə dili dolaşdı:
- Hara gedirsiz, gözəl quşlar? Toyuq irəli çıxıb olanları tülküyə danışdı. Sonra dedi:
- Tülkü lələ! İndi hamımız Qonur ayını axtarırıq ki, onunla görüşək, dünyanın axırı gəlməsin.
- Düz eləyirsiz, qonur ayını tapmaqda mən də sizə kömək edərəm. İndi isə yuvama girin, bir çay içib dincəlin, sonra gedək. Razılaşdılar. Tülkünün yuvasına girdilər. Bu vaxt yoldan bal satan bir arı keçirdi:
- Ay bal alan, ay bal alan! Tülkü özünü səxavətli göstərib qonaqlara bal aldı:
- Sizdən əziz qonağım olmayıb. Çayı balla için!
Ürəyində isə fikirləşirdi: "Bu saat hamınızı qızardıb yeyəcəyəm!". Sonra pəncərədən bayıra çıxdı və arxadan qapıya yekə bir daş qoydu:
Toyuq tülküdən şübhələndiyindən onu güdüb gördü ki, tülkü onun balalarından ikisinin əl-ayağını, ağzını bağlayıb gizlədib. Toyuq qayıdıb gördüyünü xoruza xəbər verdi. Xoruz da qazı xəbərdar elədi. Onlar sözü bir yerə qoydular ki, Xoruz beşə qədər sayan kimi qapını açıb hamısı birdən qaçsın. Toyuq razılaşdı. Amma onların xəbəri yox idi ki, Tülkü qapının arxasına daş qoyub. Bir azdan xoruz bərkdən saymağa başladı:
- Bir, iki, üç,.. Xoruz saymaqda olsun, gəlin görək qonur ayı neyləyirdi? Qonur ayı bir ağacın kölgəsində uzanmışdı. Birdən bal satan arı yaxınlaşdı:
- Ayı əmi, bal satıram, almırsan?
- Gətir, dadına baxım! Ayı balın dadına baxdı. Amma necə baxdı? Pəncəsini bala batırıb yaladı. Bir yaladı, iki yaladı, balaca vedrədəki bal o saat qurtardı.
Ayı dedi:
- Çox dadlı bal idi, gərək iki vedrə gətirəydin.
- Elə iki vedrə gətirirdim.
- Bəs nə oldu?
- Tülkü qonaqları üçün aldı.
- Tülkü nə vaxtdan qonaqlarına bal yedirdir? Şübhəlidir... Kim idi qonaqları?
- Toyuq-cücə!
- Ay axmaq, toyuq-cücədən tülküyə qonaq olar? Tez tülkünün yuvasını mənə göstər!
- Baş üstə! - Arı dedi və onlar tülkünün yuvasına yollandılar. Elə təzəcə atmışdılar ki... Xoruz saymağını davam edirdı:
- Dörd, beş!
Elə “beş” deyən kimi bir hay-küy qopdu ki. Xoruz da, qaz da, toyuq da bir göz qırpımında qapıya cumdular. Amma nə xeyri. Qapı bağlı idi. Xoruz banladı:
- Quqqulu-qu, dünyanın axırıdı... Maraqla bu mənzərəni seyr edən tülkü tələsmədən bir-bir onlara yaxınlaşdı. Yaxşı-yaxşı əl-ayaqlarını bağlayıb dedi:
- Növbənizi gözləyin, bir-bir sizi qızardım.
Xoruz, toyuq, qaz qorxudan əsməyə başladı. Cücələr Tülkünün bu sözlərini eşidəndə daha da bərk civildəşdilər. Tülkü tavanı isitdi. Onun
içinə yağ tökdü. İstədi əvvəlcə cücələri qızartsın. Cücələr səslərini kəsib yazıq-yazıq baxdılar. Ayı o vaxt çatdı ki, tülkü cücələrin hamısını qucağına almışdı ki, atsın isti tavaya. Tülkü ayını görən kimi özünüitirdi. Cücələr qucağından düşdü. Dili topuq vurdu:
- Ayı lələ, xoş gəlmisən mənim yuvama...
- Xoş gününə gəlmişəm! – Ayı deyib pəncəsi ilə Tülkünün başının ortasından elə vurdu ki, Tülkü səkkiz dəfə fırlanıb yerə yıxıldı.
Bayaqdan səsi çıxmayan Xoruz banladı:
- Dedim sizə Qonur ayını görsək, dünya dağılmayacaq! Hamı sevindi. Qonur ayı onları tülkünün əlindən xilas elədi. Tülkü isə elə o vaxtdan durur ayağa, sonra başı gicəllənir, təzədən yıxılır. Heç kim bilmir ki, ona nə olub. Hamı onun adını sərxoş tülkü qoyub. Hiyləgərlərin, pislərin axırı elə belə olur, başqa cür ola da bilməz!