Uşaqkən gizlənqaç oynamağı xoşlardıq. Kədər adlı sirdaşımla, sevinc adlı yoldaşımla. Gözlərimi yumar, açan kimi də kədəri tapardım. Kədər gözlərini yumanda mən qaçıb möhkəm gizlənərdim. Nə qədər ondan gizlənsəm də, tez tapardı məni. Sevinc isə əksinə, həmişə məndən qaçardı. Elə qeyb olardı ki, heç vaxt onu tapa bilməzdim.Oyunumuz beləcə bitərdi.
Bu həmişə belə oldu. Həyatımın sonuna qədər.
Bu da son. Çatdım. Nədən-nəyə, hardan-hara. Nələri axtardım, yerinə nələr tapdım.
Ömrümün sonuna qədər belə oldu. Kədər məni hər yanda haqladı, sevinc isə məndən uzaq qaçdı. Arzuya səmt qaçdım, o da məndən qaçdı.
Yoruldum qaçmaqdan. Amma yorulsam da çatdım. Dayandım. Ətrafa boylandım. Hara çatdığımı bilməsəm də, çatdım. Başa düşdüm ki, çatdım.