Amin

Amin 

Oxucum, sətirlərin üstündə gözyaşlarımı görəndə sən də kövrəldinmi? Mənə qoşulub ağladınmı?

Niyə kövrəldin? Niyə sızladın? Səndəmi mənimtək dərdlərlə üz-üzə, acılarla göz-gözə gəldin? Səndəmi doğmalarından uzaq düşdün? Səndəmi sevdiyini itirdin?

Niyə ağladın, niyə kövrəldin? Yarandığın günə peşmanlığını bir daha sənə xatırlatdığıma görəmi ağladın? Yaradandan özünə səbir dilədiyin günmü düşdü yadına?

Sətirlərin arasında ürəyində, beynində hər zaman dolaşan, amma dilinə gətirə bilmədiyin kəlmələrə rast gəldin, ona görəmi kövrəldin?..

Səni kövrəltdiyimə, ağlatdığıma məni qınamadın ki? Qınama məni, Oxucum, qınama! Ürəyimi sənə açdım. Ah-zarıma şərik oldun, mən də sənin dərdinə. Qoy, bundan belə Tanrı qismətinə ağrı-acı yazmasın! Gözlərin yalnız sevincdən yaşarsın. Amin!..