Uşaqlığım sona yetdi qəfildən
Elə bildim zaman birdən dayandı,
Göydəki Günəş də elə bil birdən
Mənə baxıb qaşqabağın salladı.
Böyük olmaq sən demə çox çətinmiş
Bütün yollar tikanlığa yol açır
Həyatın cəlladı nə qəddar imiş
Uşaqlığı nə tez kəsib aparır
Mən heç doymamışdım oyuncaqlardan
Dedilər, sən daha uşaq deyilsən.
Məni danladılar, uzaq dur topdan
Sən artıq böyüksən, bəbə deyilsən
Mən evcik düzəldib heç qurtarmamış
Uşaqlıq illəri tez ötüb keçdi.
Şəhrizad nağıla heç başlamamış,
Səhər də açıldı, nağıl da bitdi
Nə vaxtdır ki, gəlinciyə baxmıram
Məndən küsən qara gözləri dolub,
Neçə gündür saçların daramıram
Gör saçları necə pırtlaşıq olub?
Elə bilirdim ki, hələ vaxta var,
Uşaqlıq illəri nə tez ötüşdü,
Bir də ayıldım ki, on beş yaşım var,
Oyuncaqlar əlimdən yerə düşdü.