Başımı qaldırdım «Mən səni sevirdim!». – sakit-sakit deyib düz gözlərinə baxdım.
Gözlərini gözlərimdən ayırıb yerə baxdı.
«Mən səni sevirdim!» - deyib mən də yerə baxdım. Yer ayaqlarımın altından qaçdı.
«Mən səni sevirdim!» Elə dərdili-dərdli dilləndim ki, sevgimizin şahidi Günəş dözə bilməyib buludlar arasında yoxa çıxdı.
«Mən səni sevirdim!»- eşidəndə yağış yağdı, göz yaşlarıma qarışdı.
«Mən səni sevirdim!»- elə bərkdən qışqırdım ki, səsimə bütün sevənlər dönüb mənə baxdı.
«Mən səni sevirdim!» - deyib başımı qaldırdım, Aya baxdım, Ay ulduzlara baxdı, ulduzlar axdı.
«Mən səni sevirdim!» - sonuncu dəfə taqətsiz-taqətsiz diz üstə çökdüm. Qəlbim alışdı, göz yaşlarım bulağa qarışdı. Özümlə birgə. Bulaq məni apardı, apardı, axar çaya saldı. Çay selinə, suyuna qatıb məni dənizə axıtdı. Elə o vaxtdan da bütün tənha qalanlara qoşuldum.