Ən xoşbəxt quş nağılında müəllif insanın yalnız dilindən bəlaya düşməsini göstərmək istəyir. Bunu quşların dili ilə oxucuçuna çatdırır. Tutuquşu danışmağının bəlasına düşür. Hər herdə, hər kəsin yanında danışır, nəyin düz, nəyin yalan olmasının fərqinə varmadan, nəyi demək olar, nəyi demək olmaz fikirləşmədən danışır, hey danışır. Nəticədə də əziyyətini çəkir.
Yazıçı bu ibrətamiz nəsihətlə onun yazdıqlarını oxuyanı başa salmağa çalışır ki, əgər doğrudan da qanının qaralmasını istəmirsənsə və ya, başının salamat olmasını istəyirsənsə, danışığına fikir ver, nə danışacağını, kimin yanında nə demək lazımlduğunu əvvəlcədən ölç, biç.