Tapmacalar

Qəribədir, qəribədir
Heç belə də fabrik olar?
Nə divarı, nə damı var,
Nə maşını, adamı var
Balacadır, bapbalaca...
Yoxdur qapı yoxdur baca.
Yeyir tez-tez tut yarpağı,
Sevir ipək sarımağı!
                                        (İpəkqurdu)
Neçə fili 
Xortumuna ala bilər
Mürgüləsə −
Göydən yerə sala bilər.
Ağıllıdır,
Kömək edir
Bənnalara.
Boyu çatır 
Uca-uca binalara.
Çox işləkdir
Fillər təki, 
Yükləyirsən
Bilmir çəki;
Qaldırır tez. 
Fildən böyük
Pəhləvandır;
Nə insandır,
Nə heyvandır!
                           ( qaldırıcı kran)

Üzər suda,
Batar suda,
Gəzər suda,
Yatar suda,
Qanadları,
Qolları var.
Xərclənməyən 
Pulları var.
                                 (Balıq)
Gəldi qoyun sürüsü
Göy üzünü bürüsün 
                                  (Buludlar)

Bu quşa bax qapqara,
Səsi düşüb bağlara;
Bircə sözü varr, varr! 
Hey danışır: qarr, qarr.
                                       (qarğa)

Uca-uca evlərə 
Pilləkənsiz çıxıram,
Günəşi damcı-damcı
Salxımlara yığıram;
Rəngləyirəm: ağ, qara
Verirəm uşaqlara. 
                                          (Üzüm)

Görən deyər cansızam,
Mən qansoran qansızam;
Gölməşəələr məskənim
Tapın:Hansı vız-vızam?
                                         (Ağcaqanad)
Balacayam sarıyam,
Deməyin ki darıyam;
Sizə çörək oluram 
Zəmilərin barıyam
                                        (Buğda)
Dağlarda qar əridi,
Ayaq tutb yeridi,
Dərə görüb çığırdı,
Dəniz görüb kiridi.
                                    (Qar)