Tapmacalar

Göyə qalxdı sarı boşqab
Göydə yandırdı bir ocaq
Yerdən  balaca görünər
Səhər yanar, axşam sönər,
Göydən hər yana boylanar
Dənizlə qoşa şəkli var
O hamını sevindirər
Bütün dünyanı isidər. (Günəş)

Yağışdan sonra günəş
Göydən yerə boylandı
Soyuq xoşlamır deyə
Boynuna şərf bağladı
Şərfin yeddi rəngi vardı,
Nəymiş o şərfin adı? (Göyqurşağı)


İki qardaş qonşum var,
Çox zəhmətkeşdi onlar
Hər qardaşın beş qəşəng
İşgüzar balası var.
Xoşlayırlar balalar,
Hər gün yazı yazarlar
Gündə bir neçə dəfə
Çimib qurulanarlar. (Əllər)


Maşınım var, təkəri yox
Uşaqlar onu sevər çox
İpindən tutaram gedər
Dağdan aşağı sürüşər
Cavabını bəs kim bilər? (Xizək)

Qara bulud gəldi bizə
Su çilədi məhləmizə
Heç qorxulu olmasa da
Onu görüb gizləndik biz
Əl-ayağı olmasa da
Hər yanı yudu tərtəmiz. (Yağış)

Televizor deyil, baxıram
Mahnı deyil oxuyuram
Mən onu çox sevərəm
Yanımda gəzdirərəm
O məni sevindirər
Həm də ki, əyləndirər
Qoymaz məni darıxam,
Qoymaz savadsız qalam!  (Kitab)

Qədrini bil itməsin
İtib çıxıb getməsin
İtsə, heç vaxt tapılmaz
Getsə heç vaxt qayıtmaz!  (Vaxt)

Orda heç vaxt gun doğmaz
Orda yağış, qar yağmaz.
Dörd bir yanı buz bağlar
Şaxtadan su da donar.
Dondurma orda əriməz,
İnsan orda qala bilməz.
Hər kəsə lazım olar
Hər bir evə qoyular! (Soyuducu)