Yumru təkər,
Əldə gəzər.
(qaval)
İki kürküm var,
On qardaş bürünər.
(əlcək)
Bir özü var,
Dörd gözü.
(düymə)
Bapbalaca boyu var,
Belində mıx daşıyar
(kirpi)
Bir budağı var,
Min yarpağı.
Onu sevən
Hər şey tapar
Sevməyən
Tənbəl olar!
(kitab)
Min bir oğul, bir ata,
Hamısı minib bir ata.
(qarğıdalı)