Gəl tanış olaq


(şeir-tapmaca)

Gəl tanış olaq,
Mənim adım,
Hörümçəkdir,
İşim-gücüm,
Gecə-gündüz,
Toz torpaqdan,
Tor hörməkdir!

Məndən öyrənib,
Hörümçək adam,
Göydə uçmağı,
Divara, dağa
Cəld dırmaşmağı.
Bir fərqimiz var,
O xilas edir,
Dara düşənin
Dadına yetir,
Mən isə tozdan
Tor toxuyuram!
İnsanlar üçün,
İş artırıram!

Var ki adım,
Altı ayağım,
Kim deyər nədir
İkinci adım?

Cavab : Toratan

 

                      Müəllif: Gülzar İbrahimova