Qışda yox, yayda olar
Adında altı hərif var
Hər evə gələr qonaq
Özünə seçər otaq
Buynuzu var kəl kimi,
Qan içər zəli kimi
Fırıldaqçıdır yaman
Adamlar yatan zaman
Yorğan altına girər
Yatanı bərkdən dişlər
Sonra da qaçar itər,
Sanki qeybə çəkilər!
Oyanarsan yox olar,
Yuxulasan qayıdar.
Hamını hirsləndirər
Sonra uçar, gizlənər!
Deyin, necə adlanar,
Uzunburun ziyankar?
Müəllif: Gülzar İbrahimova