(nağıl)
Nəvəsi Nənəgül Küpəgirən qarıya deyir:
- Nənə, böyümüşəm, sinif yoldaşlarımın hamısı özlərinə sənət seçiblər, bilmirəm mən hansı sənəti seçim ki, gələcəkdə əziyyətsiz çoxlu pulum olsun. Qalmışam fikirləşə-fikirləşə. Kömək elə, neyləyim?
- Hə, nənən sənə qurban olmasın, həyatının çox çətin bir dövründəsən. Seçim eləməlisən, özünə elə peşə seçməlisən ki, həm həyatın gözəl keçsin, həm varın-dövlətin çox olsun, həm də heç bir iş görməyəsən, qarşında işləsinlər sən də tamaşa eləyəsən. Hamı səndən qorxsun, sənə hədiyyə eləsinlər, xoş sözlər desinlər. Belə işlər çoxdur. Mən sadalayım, sən seç!
- Hansı işi seçə bilərəm ki, hansını seçsəm deyəcəklər oxu, imtahan ver!
- Əlbəttə, oxuyub imtahan verməlisən. Qayda belədir!
- Sən məni tanımırsan? Niyə məni hirsləndirirsən?
- Hirslənmə, mənim Nənəgül yox, Nənətikan balam! Güya ki, ətrafımızdakı xəstələri öldürən həkimlər, şagirdləri şikəst eləyən müəllimlər hamısı oxumaqdan gözləri zəifləyib? Sən də olarsan onlardan biri. Sənə güldən ağır söz deyən olmaz. Həkim olsan sənə ən yaraşıqlı doxdurxana açdıraram. Müəllim olsan çoxlu şagirdin olar.
- Yox nənə, sən peşələri say, özüm seçim. Bax, mən nəçi ola bilərəm?
- Yaxşı-yaxşı dediklərimə qulaq as, nəyi xoşlasan özün seç!
- De nənə!
- Bax indiki uşaqlar bütün günü telefonda, planşetlədirlər, mahnıya bərk səslə qulaq asırlar. Bu çox davam eləyəndə onların birinci əsəbləri korlanacaq, sonra gözləri, sonra da qulaqları zəif eşidəcək. Bax bu üç doxdurluğun hansını seçsən, gələcəkdə çoxlu xəstən olacaq, çoxlu da pulun.
- Sonra, nə peşə seçə bilərəm?
- Onurğa doxdoru da ola bilərsən. Onda da çoxlu müştərin olacaq!
- O niyə?
- Həmin dediyim uşaqlar bellərini əyib oturduqlarından belləri əyiləcək, şikəst olacaqlar.
- İşim-gücüm qurtarıb, əyri bel düzəldəcəyəm, onu da istəmədim. Daha nə ola bilərəm?
- Təzyiq, şəkər, mədə həkimi olub çoxlu pul qazana bilərsən!
- Elə xəstələr çoxdur?
- İndi də çoxdur, gələcəkdə lap çox olacaq. Soruş niyə?
- Niyə?
- Məni eşit! Mağazalarda o qədər ziyanlı şeylər satırlar, onların çoxu mədəni dağıdır. Arıqlamaq üçün o qədər cavan ac qalıb, mədələrini sıradan çıxardır ki, sonra illərlə müalicə olunsalar da düzəlmirlər. Üstəlik savadsız doxdurlar “antibiotik” deyilən bir dərmanı var, uşaqların, böyüklərin canına o qədər yeridirlər mədədə canlı nə var, hamısı məhv olur. Mədə pozulanda, canın iş rejimi pozulur, o da pozulanda, ahənglik itir, beyin də pozulur. Onların hamısı pozulanda adam da həyatdan pozulur. Bu da bizim xeyrimizədir. Ciblərimiz pulla dolar.
- Yox onu da istəmədim!
- Onda dəri həkimi ol!
- Onların da xəstəsi çox olmaz!
- Qulaq as! İndi ola bilər, olmasın. Gələcəkdə o qədər olacaq, xəstə əlindən tərpənmək olmayacaq. Televizorlarda o qədər reklamlar verirlər ki, güya hər yan canlı gözəgörünməyən mikroblarla doludur.
- Camaat inanmasın!
- Çoxu inanmır. Amma uşaqları aldatmaq çox asandır! Onları inandırmaq üçün xüsusi maraqlı, rəngarəng reklamlar çəkirlər. Güya hər yanda gözəgörünməz mikroblar var. “Onları məhv eləmək lazımdır”, deyirlər. Bu isə yalnız xüsusi sabunların köməyi ilə mümkündür, deyə hamını inandırmağa çalışırlar.
Nəticədə istehsal elədikləri ziyamnlı sabunlardan çox lu qazanc götürürlər.
- la məhv etmək mümkündür. Bu reklamları balacalar görür. Onların beyninə girir ki, hər yan – avtobuslar, maşınlar, küçələr, qapı tutacaqları, başqalarının əlləri doludur tərpənən qurdlarla, mikroblarla. Onları daima məhv eləmək lazımdır. Və balacalar balaca yaşından mübarizəyə qalxırlar.
Elə uşaq var ki, gün ərzində əlini əlli dəfə bakteriya öldürən sabunla sabunlayır. Nəticədə əlin üst qatında olan, dərini daima qoruyan quruyucu qat get-gedə zərifləşir, canlı mikroorqanizmləri ilə bigə məhv olur. Nəticədə orqanizm allergiya, astma xəstəliklərinə daima hazır vəziyyətdə olur. Azca soyuqlayan kimi də dediyim xəstəliklərə tutulur.
- Yox e, nənə, lap pis həkim olsam da gərək xəstəliklərin adını heç olmasa əzbərləyim, bilim. Mənim isə heç oxumağa həvəsim yoxdur.
- Onda müəllim ol. Mən uşaqlara yazıb-oxumaq öyrətməliyəm?
- Yox eee, bu əziyyətli işdir. Yuxarı siniflərə dərs deyərsən!
- Dərs deyə bilərəm?
- Kim sənə deyir dərs de? Sən sadəcə müəllim olarsan, kim dərsə gəlməsə, ondan pul alarsan! Onsuz da yuxarı siniflər dərsə gəlmir ki...
- Bax bu yaxşı peşədir, müəllim olaram, yuxarı siniflərə dərs deyərəm!
- Amma, ay Nənəgül, nənənin göyçək balası! Mənim göyçək nəvəm, istərdim sən böyüyüb bizim nəslə layiq həkim olasan. Düzdü, müəllimlik də pis peşə deyil, amma həkimlik nəslimizə yaman yaraşır. Babam da, nənəm də həkim olub. Elə maraqlıdır ki, doxdur olmaq. Naxoş ayaqları ilə yanına gəlir. Deyir təzyiqim var, ona elə iynə vurusan, şəkəri qalxır, insult olur, xərəkdə göndərirsən evlərinə. Xəstə yiyəsinə deyirsən dərman reaksiya verdi. Xəstə ayağa qalxa bilmir, danışa bilmir ki dərdini danışsın. Heç bir ay çəkmir ölür. O qədər gülürsən, əsl Küpəgirənlər nəslinə xas olan peşədir!
- Bəlkə tez öldü. Məni tutmazlar?
- Fərəsətli olsan, tutmazlar. Tutulmaqdan qorxursansa ürək həkimi ol. Onda sübuta ehtiyac yoxdu. Deyirsən, ürəyi zəif idi. Qoy sübut eləsinlər. Xəstəyə elə dərman yazırsan, ürəyi bərkdən, tez-tez döyünür, sən də damara təzə dəbdə olan boru (stend) qoyursan. Cavanlı, qocalı, bir gündə on adama stend qoysan, az vaxtda var-dövlətini yığıb-yığışdıra bilmərsən.
- İstəmirəm, nənə, elə müəllimlik yaxşıdır, kimi şikəst eləyirsən, elə, heç kim, heç nəyi sübut eləyə bilməz!
Küpəgirən qarı nəvəsi Nənəgülü qucaqlayıb bağrına basıb dedi:
- Mənim ağıllı nəvəm! Elə özümə oxşamısan! - Deyib, Küpəgirən qarı bərkdən güldü: - Hi, hi, hi, hi, hi, hi...”.
Nağılçı: Gülzar İbrahimova