Dadlı piroq

(nağıl)

     Dostlarımı piroq yeməyə dəvət elədim. Sonra mağazaya gedib: un, süd, yumurta, yağ, aldım. Onlara kişmiş qarışdırıb piroq bişirdim. 
     Ətrindən başa düşdüm ki, piroq çox dadlı alınıb. 
     Qonaqlar da gəlmək bilmirdilər. Dözə bilməyib piroqun dadına baxdım. Piroq çox dadlı idi. Ona görə bir az da yedim.   
     Məndə günah yox idi. Saat üçdə qonaqlar gəlməliydi, amma vaxt tamam olsa da onlar hələ gəlib çıxmamışdılar. Ona görə də piroqdan bir parça da yedim. Bu dəfə  stul  çəkib oturdum və piroqdan əməlli-başlı yedim. 
     Dostlarım gəldilər. Amma piroqun  qırıntıları da qalmamışdı ki, dadına baxsınlar. Küsüb getdilər. 
     Bilmədim dostlarım nəyə görə məndən küsdülər?    

 

          Nağılçı: Gülzar İbrahimova


 

Şahzadə ilə Əkiz bacıların nağılı 

Qızılgül və qaratikan

Tərlan və Çirkanın nağılı

Qorxmaz oğlan və yaxud  Dünyanın ən güclüsü

Şam nənənin nağılı


NÖVBƏTİ SƏHİFƏ