Şahzadə və Şahzadə



Şahzadə adlı bir qız vardı. O yenicə uşaqlıq illərini adlayıb yeniyetmə yaşına səmt gedirdi. Yəni on iki yaşı vardı. Ata-anası Şahzadəni çox sevir, həmişə əzizləyirdilər. Bəlkə də elə buna görə Şahzadə ərköyünlük edir, ata-ananı tez-tez kədərləndirirdi. 
-    Mən Leyla sürən velosipeddən istəyirdim!
-    Sənə təzə velosiped almışıq. Bir az sür, köhnəlsin, yenə alarıq. Bu velosipedi özün bəyənmişdin!
-    İndi xoşuma gəlmir. Başqasını istəyirəm!
-    Bizim çox pulumuz yoxdu, tez-tez velosiped alaq!
-    De, kasıbıq, mən də bilim!
-    Ağlama, biz kasıb deyilik. Amma o qədər də varlı deyilik ki, tez-tez velosiped ala bilək!
Belə söhbətlər tez-tez olur, nəticədə Şahzadə ağlayıb otağına çəkilirdi. 
-    Mən bu yeməyi yemirəm. Mən o qonaqları xoşlamıram. Mən bu paltonu geymək istəmirəm. Mən, mən, mən...
Ata, ana qızlarının belə ərköyün, şıltaq görəndə bikef olurdular.  
Şahzadənin beş yaşı olanda bir dəfə ana oyuncaq mağazasından Şahzadəyə gəlincik alırdı. Mağazadan biri-birindən gözəl gəlinciklər vardı. Ana onlara xeyli baxdı. Almaq istəyirdi də, istəmirdi də. Satıcı nurani, üzü gülər qadın idi. O, dedi:
-    Təsadüfən qızınız “Qar kraliçası” cizgi filmini xoşlamır?
-    Xoşlayır, hardan bildiniz?
-    Mən bunları bilirəm, uzun müddət uşaq psixoloqu işləmişəm! Uşaqları sevirəm. Oyuncaqları da. 
-    Bilmirsiz mənim qızım niyə oyuncaq xoşalamır, onları bir gündə sındırır?
-    Qar kraliçası onun qəlbinə girib, ürəyini dondurub. 
-    Siz lap nağıllardakı kimi danışırsız!
-    Mən indi qocalmışam, işə gedə bilmirəm, evimin bir tərəfini oyuncaq mağazası eləmişəm. Bu kuklaları təzə almışıq, çox gözəl kuklalardı, az qalıb, heç fikirləşməyin də. Elə baha da deyillər. 
Ana, bikef-bikef dedi:
-    İstəyirəm alım, amma mənim bir qızım var, bu gəlinciyi bir günün içərisində elə tanınmaz hala salacaq, ona görə bilmirəm alım-almayım? Hansı oyuncağı alıram, qızım sevinmək əvəzinə hirslənir, iki günə saçlarını yolur, atır bir tərəfə. 
¬¬¬¬Şahzadə bir gündə iki dondurma yedi, üçüncüsünü almadılar, hamıdan küsdü, getdi yatağında uzandı, ağladı, ağladı. Ağlayıb yoruldu, axırda qərara aldı: “Mən sizin kimi valideyn istəmirəm”.
Belə fikirlərlə Şahzadə sakitcə evdən çıxdı yola düzəldi. Əvvəl bulvara getdi. Kefi çox yaxşı idi:
-    Bu karuseldə yellənmək istəyirəm! – deyəndə heç kəs ona mane olmayacaqdı. Nə qədər fırlanacaqdı, “Başın gicəllənər!”, deyib irad tutmayacaqdılar. 
Belə, belə, Şahzadə düz axşama qədər bulvardakı bütün yelləncəklərdə yelləndi. Axırıncı yelləncəkdən düşəndə onunyanında  özü yaşda bir oğlan da var idi. Oğlan  karuseldən düşəndə, başı gicəlləndi, az qaldı, yıxılsın, Şahzadə onu tutdu. Tutmasaydı, oğlan düşəcəkdi tikanlı güllərin üstünə.
-    Çox saq ol, - oğlan özünə gələn kimi dedi. Tanış olaq, mənim adım Şahzadədir.
-    Doğurdan? Maraqlıdır, mənim də adım Şahzadədir!
-    Axı Şahzadə oğlan adıdır!
-    Yox Şahzadə qız adıdır!
Uşaqlar belə mübahisə eləyirdilər, bir az aralıdan iki cavan,kişi lə qadın gülümsəyə-gülümsəyə onlara yaxınlaşdı. Hər ikisi onların başını tumarlayıb dedi:
-    Şahzadə həm oğlan, həm də qız adı var, mubahisə eləməyin!
-    Oğlan dedi:
-    Tanış ol Şahzadə, onlar mənim ata-anamdırlar!
-    Nə gözəl, cavan, mehriban ata-anan var. 
-    Sənin atan, anan var?
-    Var!
-    Onlar gözəl, cavan, mehriban deyillər?
Şahzadə oğlana cavab vermədi. Çünki onun ata-anası elə də cavan deyildi. Onlar həm də bu oğlanın ata-anası kimi bahalı, gözəl paltarlar geymirdilər. 
Oğlan belə soruşanda Şahzadə dedi:
-    Mən onlardan küsmüşəm, heç evə də getmək istəmirəm!
-    Olmaz ata-anadan küsmək! Gedək bizə, yemək yeyək, sonra gedərsən evə!
Şahzadə qonaq getdi. Getdiyi ev elə gözəl idi, insanları o qədər gülərüz mehriban idi, qız ordan qayıtmaq istəmirdi. 
Amma həmin vaxt Şahzadə o qədər dondurma yedi ki, onu titrətmə tutdu, yatağna uzandı. Ona dərman verdilər, amma titrətməsi kəsmədi. Ham getdi yatdı. O isə soyuqdan elə hey titrəyirdi. Bu bir neçə dəfə olmuşdu, Şahzadəyə həmişə soyuq dəyəndə o, gecələr soyuqdan titrəyərdi,  atası əlini onun alnına qoyar, anası da yorğanı bərk-bərk yanlarından basıb, canını isidərdi. Yanında oturar, gedib yatmazdılar. 
Amma indi soyuq Şahzadəni kəssə də, heç kəs yanına gəlmir, ona “can”, demirdi. Şahzadə get-gedə daha bəkdən titrədir, az qala dişləri bir-birinə dəyirdi.  Birdən Şahzadə anasının doğma səsini eşitdi: 
-    Caaan, mənim gözəl qızım, durdun yuxudan? Nə olub sənə?  Nə çox yatdın? Gecə yata bilməyəcəksən, dur! 
Şahzadə atasının da səsini eşitdi:
-    Dur, gedək gəzməyə!
Şahzadə çox sevindi. 
-    Nə yaxşı yuxu imiş! – deyə qız dönə-dönə təkrar elədi. 
-    Qorxulu yuxu gördün?
-    Hə ana, çox qorxulu yuxu idi! Yuxuda gördüm biz ayrılmışdıq! Qorxdum! Mən sizi çox sevirəm! Sizdən ayrılmaq istəmirəm!
Belə deyib, Şahzadə ağladı. 

 

                Nağılçı: Gülzar İbrahimova