Aytam

(nağıl)
 Belə rəvayət edirlər ki, keçmiş zamanlarda, Şirvan düzündə Xanqışlağı adında bir yurd olub. Bu yurd elə gözəl, elə səfalı olub ki, baxdıqca gözəlliyindən doymaq olmazmış. Tacirlər, səyyahlar səyahətə çıxanda yollarını Xanqışlaqdan salardılar ki, bu gözəl yurdun gözəlliyinə tamaşa eləsinlər. Çadır qurar, dinclərini burda alardılar.

Xanqışlağa gözəllik verən Kür çayı idi.  Çay yurdun yanından sakit-sakit axar, sonra dənizə tökülərdi. Günəşli havada burda elə rəngarəng bir göy qurşağı yaranardı, gözəlliyin yerə-göyə bərq vurardı. Dənizlə çay qovuşan yerdə gözəlliyi göz qamaşdıran, əsrarəngiz bir parıltı əmələ gələrdi. Bir də danışırlar ki, elə vaxtlar suda dəfələrlə su pərisinin üzdüyünü görüblər.

Bir də eşidərdin:

- Yolları açın, səyyah karvanı gəlir...

Məmləkətin bütün yaxın-uzaq xanlıqları ilin soyuq aylarında mal-heyvanlarını bura göndərərdilər ki heyvanlar burda qışlasın, qarda, qışda soyuqdan donmasınlar.

Kür çayı Şəhərin düz ortasından Kür çayı axırdı. Ona görə də, camaatın çoxu balıqçılıq edirdi.

Bir balıqçı da vardı. Yeniyetmə nəvə babasına deyir. mən balıq tutaram. Amma iki gün heç nə  tuta bilmir 3-cü gün külək əsir toru aparır uzağa. Aytam girir dənizə, suyun dibindən bi mirvari qabı tapır, götürür.

Çıxır sudan,mirvari qabının qapağını qaldrırır, içərisində bir mirvari görür. Onu götürüb aparır bazara.

Bazara çatan kimi dələduzlar əlində bahalı mirvari görüb başına yığışırlar. Aldadıb onu ucuz qiymətə alırlar.

Deyirlər:

- Daha bu ucuz şeydən ötəri bazara gəlmə. Yolumuz hər gün dənizin kənarından keçir. Keçəndə soruşarıq, əgər mirvari tapmış olsan bizə deyərsən.

Aytam razılaşır. Hər gün dənizə girir, təkcə bir mirvari tapır.
Dələduzlar deyir:

- Bir mirvari nəmənədir ki, gir suya birini də tap!

Aytam ikinci dəfə suyun altında axtarsa da, heç nə tapa bilmir.

Bu minvalla o hər gün dənizdən bir mirvari çıxarır, dələduzlar da ona çörək pulu verirdilər.

Bir neçə gün belə keçəndən sonra Aytam girir suya baş vurur, bu dəfə o suyun dibindən yenə mirvari qabı tapıb çıxarır. Bu dəfə mirvari qabından mirvari əvəzinə balaca bir balıq çıxır.

Dələduzlar hirslənir, Aytama deyirlər:

- Bu nədir, o boyda yol gəlmişik, sən isə bizi balaca bir balıqla yola salmaq istəyirsən. Onnan heç balaca bir uşaq da doymaz. Gir, tez elə, təzədən gir suya!

Aytam könülsüz-könülsüz təzədən suya baş vurur. Bu dəfə o, suyun altından kələmə oxşar qəribə bir şey tapıb çıxarır. Dələduzlar bunu görüb yenə hirslənirlər:

- Sən bizi ələ salırsan, - deyirlər.

- Mirvarini harda gizlətdin ki, boş mirvari qabını götürüb üstümüzə gəlirsən? İndi də başımızı dəniz kələmi ilə aldatmaq istəyirsən?

Aytam qorxa-qorxa dedi:

- Mən qabı sizin yanınızda açdım. Orda mirvari yox idi..

- Kəs səsini!  Yalançının biri!

Belə deyib, yazıq Aytamı o ki var döydülər. Sonra qayıqlarına mini ordan uzaqlaşdılar. Uzaqdan qışqırıb Aytamı xəbərdar elədilər:

- Sabaha qədər ağlını yığ başına, sabah səhər qayıdacağıq!

Aytam təzəcə ağız-burnunun qanını dəniz suyunda yuyub-təmizləmişdi ki, dənizdə elə tufan başladı, elə tufan başladı...

Aytam komaya qayıdanda çox pərt olmuşdu. Baba onun bu halını görüb dələduzları lənətlədi. Onun başını tumarladı, sakitləşdirdi, sonra dedi:

- Bala, yorulmağına baxma, dur get əmingilə!

- Niyə baba?

- Apar, bu balığı ver qardaşıma, deynən bir az un versin borca, bir neçə günə qaytararıq.

Baba istəmirdi nəvəsi ac qalsın. Ona görə özü getdi. qardaş qapısına. Qardaşı isə onu boş geri qaytarıb dedi:

- Gündəlik çörək pulu tapa bilmirsiz, mənim borcumu necə qaytaracaqsız?

Kişi pərt olub, evə qayıtdı. Özünü sındırmayıb dedi:

- Darıxma, dəniz kələmini gətir, balıq dolması bişirəcəyəm!

- Nə? Balıqdolması? - Aytam təccübləə soruşdu. O, bu vaxta qədər balıqdolması yeməmişdi.

Aytam balığı təmizləyib babasına verdi. Baba balığı iki-üç dəfə bərkdən əlinə çırpdı. Balıq yumşaldı, bütün sümükləri çıxdı. Sonra baltanın dalı ilə döyəcləyib, içərisinə duz, istiot qatdı. Dəniz kələmini qaynar suda yumşaldıb, hissələrə böldü, aralarına balıq qoyub, qəşəng böldü.Dolmanı sarıyıb qazana yığdı. azca su tökdü qaynasın, qazan deşik idi deyə, axmağa başladı.

000000000000000000

Bilmədi neyləsin. Aytam dedi:

- Baba, gəl onu, mirvari qabına boşaldaq!

Baba gördü qazan deşikdir, dolmanı mirvari qabına boşaldıb onu ocağa qoydu.

 

Bir azdan dadlı yeməyin ətri komanı bürüdü.  Baba. nəvə ləzzətlə dolmadan yedilər, doydular, hələ yarısı da qaldı.

Səhər Aytam yenə balığa gedəndə gözlədi, gözlədi, gördü günorta olur, quldurlar da gəlib çıxmır, suya baş vurdu. Bir az dərinə üzmüşdü, mirvari gördü, götürüb sudan çıxdı. Qabı açdı, gördü içərisində bir mirvari var. Sevincək quldurları gözlədi ki, mirvarini bir çörək puluna quldurlara satsın, onların gəlmədiyini görüb, özü bazara yollandı.

Camaat yeniyetmə oğlanın əlində par-par parıldayan dəniz mirvarisini görəndə, Aytəmə yaxınlaşdılar, qiymətini soruşdular. Aytəm qiymət deməyə utandı. Qiymətini özünüz qoyun, deyəndə, mirvarinin üstündə əməlli-başlı dava düşdü.

Bir nəfər Aytəmin əlinə bir dəstə pul basıb, mirvarini ondan aldı, özünə də dedi:

- Çıx aradn, yoxsa səni də davaya qatacaqlar!

Aytəm pulu götürüb ordan aralandı. Pulu görəndə məəttəl qaldı. Oğlan başa düşdü ki, fırıldaqçı quldurlar bu vaxta qədər onu aldadıb, mirvarini ondan çox baha qiymətə alıblar. Aytəm onu da eşitdi ki, dünən dənizdə necə fırtına olubsa, üç fırıldaqçı quldur dənizdə boğulub.

Baba Aytəmin bazarlığını görüb çox sevindi.

- Amma mən dünənki yeməkdən yeyəcəyəm - dedi.

 

- Hə baba, mən də...

Baba yeməyin qapağını qaldırdı ki, yesinlər, az qala əli yanacaqdı. Mirvari qabda bişmiş dəniz kələmi dolması elə isti qalmışdı, elə bil indicə bişmişdi. Ağzı da dolma ilə dolu idi.

Baba da, nəvə də bu işə mat-məəttəl qaldılar.

- Biz dolmanın yarısını yemişdik, axı...

- Yox bala, dünənkidi...

- Bəs onda qazan niyə doludur?

- Nə bilim  ay baba, burda yəqin ki bir sirr var.

Amma burda nə sirr vardı, heç kim, heç nə başa düşə bilmədi.

Yeməklərini yedilər, Allaha şükür" dedilər. Baba ayağa qalxdı, mirvari qazanın qapağını qaldırdı, görsün axşama nə qədər yemək qaldı, gözlərinə inanmadı. Mirvari qazan ağzına qədər yeməklə dolu idi.

Əıqərəz, mirvari qazan o qədər yemək bişirdi ki, qazan-qazan... Qoca ilə Aytəm çatdırıb onu yeyib qurtara bimirdilər. Onda Baba qərara gəldi ki, yeməyi satmaq lazımdır. O bişmiş yeməyi qaba yığıb bazara göndərdi. Yeməyin dadına baxan Aytəmi axtarmağa başladı. Aytəm daha bazara gedib-gəlməyə çatdırmırdı. Balıq dolmasını gəlib qapıdan aparırdılar. O elə dadlı idi ki, bir dəfə dadına baxan daha ondan əl çəkmək istəmirdi.

Belə-belə, günlər keçir, baba ilə Aytəm gündən-günə varlanırdılar.

Bir gün Hasanabad xanına xəbər çatdı ki, bir balıqçı var, onun sehrli qazanı var, hər gün dadlı bir yeməklə - balıqdolması ilə dolu olur.

Xanı maraq götürdü. Xəbər yolladı yeməkdən ona da göndərsinlər. Balıqçı bunu eşidəndə çox sevindi. Yeməyi qazanqarışıq Xana göndərdi. Xanın camaat arasında hörməti çox idi. 

Xanın yeməkdən o qədər xoşu gəldi, bunun əvəzində balıqçıya iki böyük küp qızıl verdi. Qızıl sikkələr o qədər çox idi, baba Aytəmə dedi:

- Get qardaşımgilə, deynən tərəzilərini bir günlüyə bizə versinlər.

Aytəm qaça-qaça getdi əmisigiə, tərəzi istədi. Əmisi arvadı çox paxıl və acgöz idi. O, dedi:

- Tərəzi mənim cehizimdir, onu gözdən qoya bilmərəm. Özüm də gələcəyəm səninlə? - deyib, oğlanla gəldi onların evinə.

Qızılları görəndə, gözləri kəlləsinə çıxdı. Az qaldı gözləri hədəqəsindən çıxsın. Baba bir ovuc qızıl götürüb onu qadına verdi. Amma acgöz qadın hikkə ilə qızılları küpə atıb getdi.

Hikkəli Səlbi evə çatıb göz yaşını yağış kimi yağdıra-yağdıra ərinə dedi:

- Bu harda görünüb ki, bir qardaşın iki küp qızılı olsun, o biri qardaşın cəmi bir ovuc qızılı olsun...

Əri arvadı deyənə qulaq asandan sonra o da hirsləndi.  

- Qardaş niyə hirslənirsən, hirslənmə! Aytəmə deyərəm, sizə də dəniz kələmi gətirər, balıq da verər, mirvari qazan da. Necə bişirməyi də mən başa salaram.

Balıqçı balığı necə bişirmək qaydasını qardaşı arvadına başa salsa da, məkrli qadın öz bildiyi kimi bişirdi. Tələsdiyindən balığın qarnını da yarmayıb, balığı baltanın dalı ilə döyəcləyib qarnını elə yardı. Bağırsağın ödü necə partladısa, balığın rəngi göyərdi.

Balığı səliqə ilə süfrəyə büküb xana gətirdi. Süfrəni açan kimi balıqdan gələn öd qoxusu şahın burnunu yandırdı.     

 

      Nağılçı: Gülzar İbrahimova