Gülzar məhrum yazıçı Əlibala Hacızadə haqda

Gülzar məhrum yazıçı Əlibala Hacızadə haqda

Əlibala Hajızadənin xatirəsinə


Mən onu sevirdim, böyük kimi, ata kimi

Həyatda elə insanlar var ki, onlar yalnız insanlara xoş anlar, sevincli anlar bəxş etmək üçün həyata gəlirlər. Doğulurlar ki, insanlara yaxşını pisdən ayırmaqı öyrətsinlər. Xəyanəti sevgidən uzaqlaşdırmağı, təmiz, saf sevgini ani hisslərdən ayırmağı, dostla düşməni qiymətləndirməyi öyrətsinlər.

Belələrindən biri idi Əlibala Hajızadə. (Sağlığında ona müəllim desəm də, icazə verin bu yazımda ona sadəcə Əlibala deyim).

Xalq yazıçısı deyildi Əlibala, o xalqın yazıçısıydı, o xalqının sevimlisiydi.

Bəlkə də dahi romanlar, bəşəri əsərlər yaratmadı, Əlibala. Amma öz əsərlərində ürəklərə yol açdı. Yazılarında adamları insaniyyətə səslədi, xəyanətdən uzaq durmağa, yalandan ayrı, böhtandan uzaq bir dünyaya çağırdı. Nifrətini bildirdi qəddarlığa, insanları pəhmə çağırdı.

Əlibala Hacızadə əsərlərində həyat hadisələrini elə məharətli ardıjıllıqla qururdu ki, sanki onu oxuyanları başa salırdı: «Bir dəfə, yalnız bircə dəfə, o da saf, təmiz məhəbbətlə sev, ürəkdən sev, xəyanətsiz sev».

Bu sadə insanın ürəyi elə geniş, elə gözəl idi ki, hər kəsi ürəyinə yaxın buraxar, ona düzgün yol göstərməyə, həmin adama şöhrət gətirəjək xeyirli məsləhətlər verməyə çalışardı.

Nə yazsaydım - uşaq yazılarından tutmuş, mənsur şeirlərə qədər hamısını məmnuniyyətlə ona oxuyardım. Dünyanı gəzib-dolaşmış səbirli Əlibala da yazdıqlarımın hamısını bir-bir, nöqtə-vergülünə qədər diqqətlə oxuyardı.

Bir dəfə mənsur şeirlərimi oxuyub qurtarandan sonra mənə heç ağlıma gəlməyən bir təklif elədi: «Bunları topla, təjili kitab şəklində çap elətdir!».

Razılaşmadım: «Yox, Əlibala müəllim, mən əsas uşaqlar üçün yazıram, bunları elə-belə, ürəyim istəyib, yazmışam!».

«Kitabın sənə böyük uğur gətirəjək» - demişdi.

Elə də oldu. Kitabdakı mənsur şeirlər, miniatürlər məni oxujülara sevdirdi, onlara tanıtdı.

Əlibala xalqın ona olan sevgi payından mənə də pay ayırdı. Mənsur şeirlərimə görə müəyyən qədər sevilməyim Əlibalanın mənə hədiyyəsi oldu. Bir kəlmə məsləhəti ilə mənə ümman sevinj bəxş elədi. Düşdüyüm çətin yolun daş-kəsəksiz, tikansız tərəfini göstərdi mənə. İndi siz deyin, onu sevməyə bilərdimmi?

Bir müəllim kimi, ata kimi, qardaş kimi sevirdim onu. Çünki bu insan sevilməyə layiq idi.

Bir müddət onun müdrik kəlamlarla dolu səsini eşitməyəndə özümü nə isə itirmiş kimi sayırdım.

Mənjə belə fikirdə olan təkjə mən deyiləm. Kitablarına ön söz yazdığı yüzlərlə insan mənim kimi düşünə bilər.

Xüsusən təzə yazmağa başlayanlara diqqətlə qulaq asar, onları düzgün səmtləndirərdi.

Heç kəsin yazdığını lağa qoymaz, kimsəni pisləməzdi. Kimsə yanında başqasından danışsaydı, gileylənsəydi, bir sözü vardı: «Hirslənmə ona, bir kəlmə de ki, nə mən sən ola bilmərəm, nə də sən mən ola bilməzsən».

Əlibalanı milyonlar sevirdi. Onu görənlərin çöhrəsində təbəssüm yaranırdı. Görüşlərdən birində, «Gəl sənin yazan əllərindən öpüm!», demişdilər ona. Bu kəlmədən Əlibala nejə də uşaq kimi sevinmişdi. Hər tərəfdən sevgi yağışı altında çimirdi Əlibala. Amma dəyişmirdi, nejə sadəydi, elə sadə də qalırdı.

Doğrudan da Əlibala sanki adi insan yox, sanki mələkdi. Azərbayjan kimi şaiyələrlə dolu bir ölkədə böyük, tanınmış, oxuju sayı göstərijisinə görə uzun illər birinji yeri tutmuş Əlibala bir adamla belə höjjətləşməmiş, onun bir kəslə söz-söhbəti olmamışdı.

Ömrünün son günlərini yaşayrdı. Həkim də son sözünü demişdi, Əlibala da.

Dünyagörmüş, çoxlarına yol göstərmiş Əlibalanı aldatmaq həkimə müyəssər olmamışdı. O da axırınjı müsahibələrinin birində son sözünü demişdi: «Ömrümün sona çatdığını bilirəm».

Elə də oldu. Əvvəl vəfalı, ərini həmişə sevib onun qayğısını çəkmiş, Əlibala kimi həyat yoldaşının ağır xəstəlik xəbərinə tab gətirə bilməyən həyat yoldaşı Xanım xala rəhmətə getdi.

«Bu yaşda tək qalmaq çox çətindi», deyə-deyə arvadının ölümündən qırx gün keçən günün səhəri dəhşətli ağrılardan və təklikdən özü də dünyasını dəyişdi.

Son günlərini yaşayırdı. Çox üzüntülü, əzabveriji ağrılardan demək olar ki, yaşamır, işgənjələr içərisində qovrulurdu.

Bunu hiss eləyən kimi SPEYS kanalının rəhbərliyindən xahiş elədim ki, onu sonunju dəfə verlişə çağırsınlar. Sağ olsunlar, dəvət elədilər, hələ üstəlik onun ad gününü də xüsusi qeyd elədilər.

Mən də həmin verlişdə «Şair və şairə» rubrikasında məmuniyyətlə əziz dostumla iştirak elədim. Gözəl nasir yenə də kiçik həjimli, böyük mənalı şeirləri ilə həmişəki kimi hamıya xoş anlar bəxş elədi.

Sənətinin vurğunu Əlibala həmin verlişdə sevgi haqda danışdı. O danışdıqja elə bil sözlərindən dürr səpilirdi. Sevgidən danışanda xəstəlikdən solmuş gözlərinə sanki nur gəlirdi. Qığıljım saçılırdı hər yana.

Bəlkə də bu sehirli nurdan səpələnmişdi əsərlərinə ki, bu qədər məhəbbətlə oxunurdu onun yazdıqları.

Amma doğrudan da bir sehirli qüvvə olub ki, Əlibalanı xalqa bu qədər böyük bir məhəbbətlə sevdirib.

Mən Azərbayjanda ikinji bir ədib tanımıram ki, Əlibala qədər sevimli olsun!

Əlibala mənim müəllimim olub. Amma nə məktəbdə, nə auditoriyada. Həyatda. Həyat məktəbi keçib mənə. Fikrimjə dünyagörmüş insanlardan həyat dərsi almaq ali məktəblərin ən alisidir.

Uşaqlıqdan qiyabi tanısam da özünü şəxsən 70 yaşı olanda tanımışam və gej tanıdığıma çox təəssüflənmişəm. Bəlkə də onu çoxdan tanısaydım, daha çox şeylər öyrənəjəkdim ondan.

Əlibala bir müəllim kimi də çox sadəydi. Nə vaxt istəsəydin onn zəng vura bilərdin. Nə vaxt axtarsaydın tapa bilərdin. Nə haqda məsləhət almaq istəsəydin düzgün yol göstərməyə hazırdı. Axı gəlin etiraf edək ki, indiki zamanda belə insanlar çox azdı. Hansı tədbirə dəvət çağırsaydılar məmnuniyyətlə gedərdi, vaxtım yoxdur, yorulmuşam kəlməsi işlətməzdi. «Yol uzaqdı gələ bilmərəm», kəlməsi işlətməzdi.

Elə bil bu insan xalq üçün doğulmuşdu ki, hər kəsin əziyyətini çəksin, könülləri oxşasın, kimi isə sevindirsin, kimə isə xoş anlar bəxş eləsin.

«Əziz müəllim! Əziz insan! Sevimli Əlibala müəllim! Nejə ki sağlığında nurla gəzmisən, ətrafına nur səpmisən, əbədi dünyanda da Tanrı nuru daima səninlə olsun!

Bu dünyada isə nə qədər ki, səni sevənlər var, sən yaşayajaqsan, seviləjəksən, səni sevənlər isə həmişə olajaq, çünki yazdıqların səni həmişə sevdirəjək!».