İşıldaböcəyin sirri
İşıldaböcəyin sirri nağılında qəddar ər hamilə arvadına əziyyət verir: «Qız doğsan, özüm-öz əlimlə boğacağam onu!» deyir. Daima qorxu içərisində olan ana hələ doğulmamış balasının dərdini çəkməyə başlayır: «Allah, mənə oğul ver, qoy balam sağ qalsın!», - deyə Allha yalvarmağa başlayır. Amma çarəsiz qadının doquz aydan sonra qızı doğulur. «Öldür onu, ya ver mən öldürüm!», deyə əri tələb edəndə, cavan gəlin aparıb balasını torpağa basdırır, çalanın ağzını isə bir az açq qoyur. Gündə ik dəfə də gedib onu əmizdirir. İşıldaböcəklər körpənin yerini işıqlandırır ə isidirlər. Beləliklə qız böyüməyə başlayır. Sonra atılmış körəni nələr gözləyir?..
Ən varlı məmləkət
Ən varlı məmləkət nağılı vaxtilə Naxçıvan hakimi olmuş Cahan Pəhləvan onun arvadı, qızı və həmin dövrdə baş vermiş hadisə haqqındadır.
Qüdrətli hökmdarın arvadının sirr saxlaya bilməməsi ucbatından xəzinənin yerini öyrənmiş monqollar qarətçilik məqsədilə həmin mələkətə basqın edirlər.
Şahın fərasətli qızı Cəlaliyyə işğalçıların gəlməsi xəbərini eşidən kimi xəzinənin yerini dəyişir. Bundan sonra monqollar xəzinəsiz, əliboş geri qayıdırlar. Nağıl tarixdə olmuş hadisələri qələmə almaqla yazılıb.
Ən qiymətli nemət
Ən qiymətli nemət nağılında tənbəl oğlan işləmək istəmir. Heç nə eləmədən pulu olmasını istəyir. Nə qədər əlləşirsə, bu istəyinə nail ola bilmir. Fikir verib görür ki, şikəstlərə əziyyətsiz, heç bir zəhmət çəkmədən hər şey verirlər. Ürəyində arzulayır ki, kaş mən də şikəst olardım, onda hər şeyim olardı.
Sehirli baba onun bu isəyindən xəbər tutur. Onu ağlı başına qədər əvvəl şikəst edir. Sonra oğlan daha çox sədəqə qazanmaqdan ötəri kor olmaq istəyir. Bütün bunların əziyyətini çəkəndən sonra oğlan sağlamlığın ən böyük nemət olduğunu başa düşüb onun qədrini bilir. Özü isə sağlamzəhmətə alışıb pul qazanır.
Körpə uşaqla xalı keçinin nağılı
Körpə uşaqla xalı keçinin nağılında tacirin uzun illər uşağı olmur. Axır ki, mənim də üzüm güləcək, övladım olacaq, deyə tacir sevinir. Amma övladı olanda tacir sevimli arvadını itirir.
Körpəyə baxmaq üçün o bir qadınla evlənir. Sən demə, qadın ifritənin biriymiş. İstəyir ki, körpə acından ölsün. Bunun üçün o körpəni ac saxlayır. Keçmiş sahibinin yadigar körpəsinə mehrini salmış keçi ifritənin işlərindən xəbər tutur və gizlincə körpəni əmizdirir. Beləliklə də uşaq sağ qalır. İfritənin əlindən canı qurtaran qədər körpənin başına nələr gəlir? Keçi uşağı xias etmək üçün nə edir?
Ayı və hiyləgər tülkünün nağılı
Ayı və hiyləgər tülkünün nağılı müasir dövrün gənclərinə ünvanlanmış təmsil stilində yazılmış nağıldır. Ayı vlənmək və dünyanın ən gözəl qızı ilə evlənmək istəyir. Heyvanlar aləmində yazılmamış qanunlar var. Hər heyvan öz cinsindən olan heyvanla evlənir.
Amma nağılda bu qanunauyğunluğu ayı pozmaq istəyir. O özündən çox fərqlənən tülkü ilə evlənmək qərarına gəlir. Tülkü öz naz-qəmzəsi ilə ayının ağlını başından çıxarır. Hətta ayı tülkününü kələyi ilə ata-anasını da yuvasından qovmağa hazırlaşır . Amma tülkünün fırıldağının üstü açılır, və ayının ağlı başına gəlir. Bunların hamısı «Ayı və hiyləgər tülkünün nağılı»-da.
İşıldaböcəyin sirri
Ən varlı məmləkət
Tərs padşahla üç bacının nağıılı
Ən qiymətli nemət
Körpə uşaqla xallı keçinin nağılı
Ayı və hiyləgər tülkünün nağılı