Xalqın əsas planı 

 

Tarix boyu ermənilərin daxilləri qara qanla, kin-küdurət, paxıllıqla dolu olub. Bu xüsusiyyətlər nə onların özünə, nə də onlarla qonşuluqda yaşayan xalqlara rahatlıq verməyib. Ermənilər torpaq iddialarından həmişə faciə düzəldiblər, sonra özləri də həmin faciənin ağırlığı altında qalıb əziliblər. 
İllərlə atəşkəs, müharibənin sülh yolla başa çatmasını gözləyən Azərbaycan xalqı, nəhayət yoruldu, şəhid qarşılamaqdan cana doyub ayağa qalxdı. 
Görkəmli hərbiçi, general-mayor Polad Həşimovun erməni satqınlığı nəticəsində şəhid olması bütün Azərbaycan xalqını sarsıtdı. Yüksək səviyyəli hərbi mütəxəssis, əsgərlərin yaxın dostu, qardaşı Polad Həşimovun faciəvi şəkildə həlak olması Azərbaycan xalqına böyük zərbə vurdu. 
Xocalı faciəsində Azərbaycan düşünürdü ki, belə bir soyqırımdan sonra dünya erməni kimi qəsbkardan üz döndərər, onları qınayıb, işğal etdikləri torpaqlardan çıxarar. 
Təəssüf ki belə olmadı. İllərlə çəkən müharibə, torpaqlarımızın dayanmadan işğalı, bir gün də xalqın sevimli generalının da şəhid olması – bütün bunlar hamısı sülhsevər xalqımızı hiddətləndirdi. Xalqın sülh planı dəyişib, döyüş planına çevrildi. 
Biz düşməni bağışlaya bilmərik! Erməni 1918-ci ildən etibarən işğal etdiyi bütün torpaqları dərhal azad etməlidir! 
Artıq dünyanın da köməyinə ehtiyac duymadıq, çünki xalq bir nəfər kimi ayağa qalxıb Vətən yolunda şəhid olmağa hazır idi. Səfərbərlik üçün hərbi xidmətə yazılan on minlərlə gənc, qazi buna sübut oldu!
Düşməndən Polad Həşimov kimi generalımızın, Xocalı kimi yaramızın, Azərbaycan kimi VƏTƏNİMİZİN qisasını almağa hazır idik! 
Vətəndə baş verənlər göstərdi ki, xalqın məhəbbətini qazanmış, vətənpərvər prezidentimiz İlham Əliyev başda olmaqla, Xalqın əsas planı QİSAS oldu!
Bir gün Xalqın Əsas planı həyata keçdi. ZƏFƏR ÇALINDI, QİSAS ALINDI! 

 

          Müəllif: Gülzar İbrahimova