Şəhidimə soyuq olar

Mənsur miniatur 


Qarabağa, qara torpağa yağma yağış. Şəhidlərimin qanı tökülüb torpağına. Yağıb igidlərimin  qanlarını selinə suyuna axıdıb uzaqlara aparma. Şəhid qanları yağış suyuna qarışar, yağı yurduna axar, yağma, dayan. 
Yağma yağış... İtgin düşmüş şəhidim var, o islanar. Səndə yağma, Qışın qarı. Həmişə sənə “Yağ” deyib yalvarmışam. İndi yağma. Qar altında qalanım var... Şəhidim qar altda qalar. 
Sən isə əs, əs ey Külək, dayanmadan əs. Şəhidimə həzin-həzin bir layla de, qoy uyusun. Anaların saçlarından bir yorğan sırımışam, üstünə sal, şəhidimə soyuq olar.  

 

      Müəllif: Gülzar İbrahimova 

Qisasçı şəlalə əfsanəsi

Didərgin Quşlar

Xalqın əsas planı 

Sən zəfərə və xoş gələcəyə layiqsən!

Dostluq  səddi


NÖVBƏTİ SƏHİFƏ