Ördəklərin mahnısı

 

- Biz ördəklər beləyik,
Yağışı çox sevərik
Yağış altda çimərik
“Vağ-vağ vağ-vağ” deyərik!

Yağış sən yağ, lap çox yağ!
Sən yağ ki biz islanaq
Şən mahnılar oxuyaq!
Vağ-vağ, vağ-vağ, vağ-vağ-vağ!

 

Şimşək, sən də bərkdən çax!
Bax belə, “vağ-vağ-vağ!”. 
Durma yağış lap çox yağ,
Vağ-vağ-vağ-vağ, vağ-vağ-vağ! 


Gəl bir yerdə oxuyaq!
Vağ-vağ-vağ-vağ, vağ-vağ-vağ!
Əl çalaq və oynayaq,
Vağ-vağ-vağ-vağ, vağ-vağ-vağ!

 

                                        Müəllif: Gülzar İbrahimova