Gizlənpaç


Oynayirsan gizlənpaç? 
Onda durma gizlən, qaç!
Gözlərimi yumum mən,
Sən də tez ol qaç gizlən.
Qaç, qaç, qaç, 
Gəl oynayaq  gizlənpaç!


Gözlərimi yumuram,
10-a qədər sayıram,
Vaxt tamamdır, gəlirəm,
Bir az cəld ol qaç gizlən!
Qaç, qaç, qaç, 
Gəl oynayaq  gizlənpaç!


Gəldim qaç
Gizlənpaç
Möhkəm gizlən, 
Tez ol qaç,
Qaç, qaç, qaç, 
Qaç, qaç, qaç, 
Gəl oynayaq  gizlənpaç!

Tapdım, tapdım, hardasan,
Ağacın dalındasan!
İndi sən yum, gizlənim, 
 Axtar yerimi mənim.
 Yum, yum, yum,
 Gözlərini bərkdən yum!


Hələm yox, hələm yox,
Axtar məni çox, çox, çox,
Aç, aç, aç, 
Gizləndik gözünü aç!
Tap, tap, tap, 
Gizlənmişəm, məni tap! 


                         Müəllif: Gülzar İbrahimova

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ