Dələnin nəyi əksik idi

(hekayə)

Bir oğlan heyvanları çox sevirdi. Bir gün o bazardan qəşəng, balaca bir dələ aldı. Onu evə gətirdi. Qəfəs düzəltdi, qəfəsə saldı. Yerini yumşaq elədi. Su qoydu, yemək qoydu. Fısdığa qədər yuvasına hər şey qoydu. Oğlan hərdən dələni qəfəsdən çıxarıb oynadırdı. Özü ilə gəzməyə aparırdı. Gətirəndən sonra isə yenə qəfəsə salırdı.
Bir gün oğlan dələni də götürüb meşəyə, gəzməyə getdi. Qəfəsin qapısını açıb dələni tumarladı, oxşadı, əzizlədi, ağacdan fındıq dərib təmizlədi, dələyə yedirtdi.
Amma necə yadından çıxdısa, dələnin qəfəsinin qapısını bağlamağı unutdu.
Birdən dələ qəfəsdən çıxıb necə qaçdısa oğlan nə qədər bərk qaçsa da,  onu tuta bilmədi. Oğlan peşman-peşman dələnin arxasınca baxa-baxa qaldı. 
Dələ sevincək yuvası olan ağacı tapdı. Dələlər onun başına yığışıb sorğu-suala tutdular:
- Bu vaxta qədər hardaydın?
- Məni insanlar aparmışdılar!
- Bəs nə əcəb buraxdılar?
- Özüm qaçdım!
- Yəqin onlar səni incidirdilər?
- Yox, məni sevirdilər, tumarlayırdılar, əzizləyirdilər!
- Yəqin ac saxlayırdılar?
- Yox, onlar mənə qoğal, piroq, tum, qovurulmuş buğda hətta tort, dondurma da verirdilər!
- Yəqin orda qoz, fındıq yox idi?
- Mənə hər şey alırdılar, yerim də isti, yuşşaq idi.
- Bəs onda nəyə görə qaçıb meşəyə gəldin. Burda qorxudan rahat yata bilmirsən ki kimsə səni yeyər. Nəyin çatmırdı?
Hamı ona eyni sualı verdi. Balaca dələ istədi ki deyə onun nəyi çatmırdı. Amma dılınin gözləri doldu, qəhər onu boğdu, səsi çıxmadı danışsın. Hamı başa düşdü ki, o doğulduğu meşə üçün, doğma yuvası üçün darıxırmış.

 

                 Müəllif: Gülzar İbrahimova