Şirin yuxu

 

Yat, gözəl-göyçək balam,
Gül balam, çiçək balam! 
Mən layla deyim, sən yat,
Yuxuna bal, şəkər qat!

Ay doğan kimi yat ki, 
Yaxşı yuxu görəsən,
Gecə bir buğda boyu, 
Boy atıb böyüyəsən! 

Yuxuda Ulduz pəri, 
Sənə yuxu göstərsin,
Qanadları üstündə,
Göy səmada gəzdirsin.

Gözünü yum, yuxunda 
Qanad açıb uçasan,
Səhər Günəşlə birgə,
Yuxudan oyanasan!


                      Müəllif: Gülzar İbrahimova 

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ