Ad günümə hədiyyə 


Ana dedi Əliyə: 
- Ad gününə nə alım?
Olacaq altı yaşın.

Əli bunu eşitcək
Cavab verdi sevincək: 
-  Ana, yox, alma heç nə.
Bir sualım var sənə.
Ad günüm olan günü, 
Qəfəsdəki quşları, 
Bağışlayarsan mənə?..

Ana duruxdu birdən,
Əlinin sözlərindən:
-  Nəyinə gərək quşlar,
Ailəmizindir onlar,
Yəni, sənindir onlar.
Başqa hədiyyə istə,
Gedim alım həvəslə!

- Quşlar bəsimdir elə,
Onları ad günümə, 
Hədiyyə edin mənə! 

- Yaxşı, olsun, qoy olsun.
Qoy quşlar sənin olsun.

-  Olar quşları onda, 
Doğum günüm olanda,
Dar qəfəsdən çıxarım, 
Azadlığa buraxım?

Ana öz övladının,
Heyran oldu qəlbinə.
 “Olmaz”, deyə bilmədi..
Oğlunun istəyinə.  

   

                        Müəllif: Gülzar İbrahimova