Laylay ay canım, gözüm

 

Canımdan əziz balam,

Üzü gül bəniz balam,

Sən yat, mən deyim layla,

Gözəl balam, yat, laylay.

 

Nəqarət 

Laylay günüm gündüzüm,

Laylay ay canım, gözüm,

İstim, Günəşim laylay,

Ulduzlu Ayım laylay.

 

Laylay deyim mən sənə,

Yuxu getsin gözünə,

Qanad aç, yuxuda uç,

Laylay deyim, yat, rahat.

 

Laylay dedim yatasan,

Şirin yuxu tapasan.

Yuxuda çəmənlikdən,

Gül-çiçək toplayasan.

 

                              Müəllif: Gülzar İbrahimova