Ən böyük məhəbbət

İqtibas 

Bir ananın 5 qızı vardı. Onlar analarını çox sevirdilər. Bir gün iş elə gətirdi ki, ana uzaq bir şəhərdə yaşayan - oğlunun yanına yollandı və bir həftədən sonra qayıtdı. Evə girən kimi böyük qız qaçıb onu qucaqladı və görüşdü. Sonra isə dedi: 
-Ana, səninçün elə darıxmışdım ki, lap susuz qalmış çiçək kimi.
 Sonra isə ikinci qız ananı qucaqladı: 
-Ana, gecələr sənsiz qalanda körpə uşaq kimi səninçün ağlayırdım.
Üçüncü qız anası ilə görüşüb dedi: 
-Ana mən səni hamıdan çox sevirəm, lap dünyalar qədər!
 Dördüncü qız anasınıne qucağına atıldı: 
-Heç bilirsən sənin üçün nə qədər darıxmışdım, susuzluqdan çatlamış torpaq yağış üçün darıxan kimi!
Kiçik qız isə heç bir söz demədən anasını öpdü sonra isə onun əlindən çantasını alıb, ayaqqabılarını soyundurdu. Ana istidə yol gəlmişdi. Ona sərin su verdi

 

   Nağılçı: Gülzar İbrahimova
 

Palinanın gülər üzü

Gülzar nənəni tanımaq ücün bu səhifəni  oxumaq kifayət edər.

Dünyanın ən böyük nağılçısı

Dələnin nəyi əksik idi

 Tərs qız


NÖVBƏTİ SƏHİFƏ