Səhər oyanıb yuxudan,
Cücə çıxdı yumurtadan,
Yavaş-yavaş, qorxa-qorxa,
Diqqətlə baxdı ətrafa.
Büzüşdü soyuqdan yaman,
Cik-cik edib dedi: "-Aman,
Necə böyükdür bu dünya,
İndi mən gedim hayana...
Çox soyuqdur, üşüyürəm,
Həm də acından ölürəm,
Görəsən harda isinim,
Hardan yemək tapım, yeyim?.."
Toyuq gəldi qaça-qaça,
Sevincindən uça-uça,
Deyib, qaq-qaq, qaq-qaq, qaq-qaq,
Balasına açdı qucaq,
Cücəyə yemək yedirtdi,
Qanadı altda isitdi.
Həmin gündən Cücə ona,
Ad qoydu: "Sevimli Ana ".
Müəllif: Gülzar İbrahimova