Başladı Vətənimdə
Avropa Oyunları,
Hər yandan bizə gəldi
Dünya idmançıları.
Hamı verdi əl-ələ,
Nəğmə qoşdular sülhə.
Dostluq məşəli yandı,
Bütün dünya şadlandı.
Sülh sərhədləri aşdı,
Sevinclər aşdı-daşdı,
Xalqları dostlaşdırdı
Avropa Oyunları!
Müəllif: Gülzar İbrahimova