Ay mənim şirin körpəm,
Səni çox sevirəm mən,
Bilirsən səni necə,
Həsrətlə gözləmişəm...
Dünyama xoş gəldin sən!
Gözlərimin sevinci,
Ürəyimin səsisən,
Bir səhər mehi kimi,
Tərtəmiz nəfəsisən,
Dünyama xoş gəldin sən!
Balam, gülüm, çiçəyim,
Varım, dövlətim, mənim,
Gəl bal qoxan ətrini,
Ciyərlərimə, çəkim,
Sənə “Xoş gəldin”, deyim!
Çox şirindir qığıltın,
Səsimə sevinc qatdın,
Gülüşümə səadət,
Sən etdin məni xoşbəxt!
Sən dünyama xoş gəldin,
Sən dünyama xoş gəldin!
Müəllif: Gülzar İbrahimova