Nənə, mənə nağıl danış


Nənə, mənə nağıl danış,
Nağılsız yata bilmirəm!
Gəl yanımda otur, danış,
Özüm oxuya bilmirəm!
 
Sən danış, mən qulaq asım,
Yuxuda hey nağıl görüm.
Qılıncı alıb əlimə,
Bütün divləri öldürüm!
 
Danış «Məlikməmməd»in
Quyuya düşməyindən.
Qızı saçlarından asmış,
Divi öldürməyindən.
 
Mənə çoxlu nağıl danış,
Yatmayım  qulaq asım.
Şahdan, ya da Şəhrizaddan,
Ya da, qara quldan danış!
 
İstəyirsən  Cırtdanın
Dürmək yeməyindən danış.
Sonra balaca oğlanın, 
Divi aldatmağından danış!
 
Danış ki, Cırtdana necə
Nənəsi dürmək verirdi.
Danış ki, Cırtdan neylədi?
Uşaqları xilas etdi.

 

Danış mənə Məngülümdən,
Şüngülüimdən, Şəngülümdən.
Danış buynuzlu keçidən,
Bir də danış dəmirçidən.
 
Necə oldu ki, boz keçi,
Buynuzunu itilədi.
Deşdi canavarın qarnın,
Xilas etdi babalalın…

Gözlərini yumma danış,
Danış, amma yuxulama.
Yatma, nağıl qurtarmamış
Qorxuram ha, xoruldama!
 
Ağ atlı oğlan gəlməmiş
Divi yuxudan oyatma,
Sən nağılı qurtarmamış
Nə olar nənə, yuxulama!
 
Nağıl qurtarmamış yatsan,
Gecə yuxum tamam qaçar.
Nağıl qurtarmamış yatsan,
Div gələr, səni aparar!
          
                                        Müəllif: Gülzar İbrahimova