Gül ətri


Anam olmayanda evdə, 
Elə bil darıxır ev də.
Hər tərəf sanki boşalır,
Evin gözü yolda qalır. 

Ev səssiz sükuta dalır, 
Yəqin o da çox darıxır.
Pəncərədə güllər solur,
Qönçələrin gözü dolur.

Darıxmayın, anam gələr, 
Evimizə sevinc gətirər,
Məni öpər, qucaqlayar,
Gül ətri evlərə yayılar... 

                 
                                         Müəllif: Gülzar İbrahimova

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ