Əlvida, doğma Bağça!

        Gülzar İbrahimova 
Əlvida, doğma Bağça!

Əlvida doğma,
Ey əziz Bağça,
Bəlkə görmədik, 
Səni bir daha.

Bağça, sən bizə,
Doğma, əzizsən, 
Bağçada keçib, 
Hər günümüz şən.

Maraqlı ötüb,
Burda günlərim, 
Mehriban olub,
Müəllimlərim. 

Qızlar, oğlanlar,
Dost olub hamı,
Mən unutmaram 
Doğma bağçamı.

Bağça, sən bizə,
Doğma, əzizsən, 
Bağçada keçib, 
Hər günümüz şən.

                            Müəllif: Gülzar İbrahimova

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ