Gözəl anam


Anam bişirir quymaq, 
Dadından olmur doymaq, 
Ləzzət ilə yeyirəm,
“Nə dadlıdır”, deyirəm. 

Nə bişirsə, bişirsin,  
Yeməkləri bal dadır,
Deyəsən yeməklərə, 
Anam hər gün bal qatır.

O, isti əli ilə,
Yeməyi qarışdırır.
İsti nəfəsi ilə 
Ocağı alışdırır. 

İsindirən hər yanı 
Mənim gözəl anamdır
Dünyanın ən gözəli, 
Mənim gözəl anamdır! 

                                       Müəllif: Gülzar İbrahimova

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ