Bağışlaya bil

Bağışlaya bil

(Hekayə)

Filosof: O adam ki, bağışlaya bilmir, o həmişə hirslənir, əzab çəkir.

Gənc: Kim ki, səni çətinə düşəndə atır, sənə qarşı satqınlıq eləyir, onu bağışlamaq olmaz.

Filosof: Adamlar səhv edə bilərlər. Sən onları bağışlamağı bacarsan, həyat sənin üçün darıxdırıcı olmaz.

Gənc: Axı səhvi bağışlasan, həmin adam onu təkrar edə bilər.

Filosof: Səhvi dostuna başa salıb sonra onu bağışlamalısan ki, o həmin səhvi daha təkrar etməsin. Sən onu bağışlamaqla onu dəyişdirib yaxşı edirsən.

Gənc: Bağışlamaq çox çətindir. Amma nə etməli, böyük belə məsləhət görürsə, deməli belə lazımdır.

Palinanın gülər üzü

Gülzar nənəni tanımaq ücün bu səhifəni  oxumaq kifayət edər.

Dünyanın ən böyük nağılçısı

Dələnin nəyi əksik idi

 Tərs qız


NÖVBƏTİ SƏHİFƏ