Sevimli işini tap

Sevimli işini necə tapasan

(Hekayə)

Nəvə: Mən pianoya getmək istəmirəm. Anama da nə qədər deyirəm məni eşitmək istəmir. Bu çox maraqsız və mənasızdır. Onsuz da mən böyüyəndə pianoçu olmayacağam ki...

Nənə: Musiqi insanı yüksəklərə qaldırır. Onu başqa adamlardan fərqləndirir. Əgər adam musiqini sevirsə, ona qulaq asdıqca xoşbəxt olur, problemlərini unudur.

Nəvə: Mən özüm də bunu başa düşürəm, musiqiyə qulaq asmağı xolayıram. Amma özüm çalmağı xoşlamıram. Bu mənim üçün çox çətindir.

Nənə: Adam çox şeyi, zəhmət çəkəndən sonra öyrənir. Əvvəl sən bilmirsən ki, sən bu sənəti öyrənməklə səni nələr gözləyir. Amma onunla məşğul olduqca bir də görürsən sən ürəkdən həmin sənətə bağlanmısan. Sonra bu sənin sevimlmi işinə çevrilir.

Nəvə: Mənim daha çox rəsm çəkmək xoşuma gəlir. Məncə adam özünün Ən çox xoşladığı işlərlə məşğul olmalıdır.

Nənə: Əgər anan görsə ki, sən rəsm çəkirsən, çox sevinər, heç vaxt sənə mane olmaz. Əksinə sən kömək eləməyə çalışar. 

Nəvə: Axı mənim rəsm çəkməyə vaxtım çox az qalır.

Nənə: O adam ki, bir şeyi ürəkdən istəyir, həmin işə  mütləq vaxt tapır.

Nəvə: Onda mənə məsləhət verirsən ki, anam deyəni edim?

Nənə: Anan deyəni etməsən və yaxud da öz istədiyin kimi rəsm çəkməyi vaxtında öyrənməsən, vaxtın boş-boşuna keçəcək, bir də baxacaqsan ki, artıq böyüksən amma heç nə bacarmırsan.

Nəvə: Onda mən bu gündən çalışmağa başlayacağam.