Sehrli telefon

(fantastik hekayə)
 

 Əli adlı bir oğlan vardı. Əli elə uşaq idi ki, o evdə olanda, valideynləri, babası, nənəsi başını itirirdi. Bağçada olanda müəllimlər başını itirirdi. Həyətdə oynayanda uşaqlar başını itirirdi. Axşam gec yatırdı, səhər oyanmaq istəmirdi:

- Mən yatmaq istəyirəm! - deyib, yorğanı başına çəkirdi.

Səhər yeməyi hazırlayırdılar, hirslənir, ağlayır, qışqırırdı:

- Mən bunu yemək istəmirəm, şokolad istəyirəm, çipsi istəyirəm....

Bağçaya gedəndə Ana onu geyindirmək istəyirdi, Əli isə oyincaqlarla oynamaq istəyir, geyinmək istəmirdi:

- Mən bağçaya getmək istəmirəm, - deyib, ağlayır, qışqırırdı.

Bağçada çoxu ilə dalaşır, qızların saçlarını dartırdı. Bir gün müəllimə Anaya dedi:

- Çox xahiş edirik, Əli ilə bir az ciddi danışasız. O, bü gün iki uşağı ağladıb.

Əli bağçadan gələndə yolda anasına dedi:

- Mən telefon istəyirəm!

- Olmaz! Sən hələ balacasan. Balacaların isə telefonu olmur!

- Niyə olmur?

- Çünki onlar balacadır, Telefon onların gözünə də, yaddaşına da, sağlamlığına da ziyandır.

- Onda mənə bağçamızdakı uşaqların oyuncaq telefonundan alın.

- Onu alarıq!

- Bu gün alaq!

- Bu gün çatmarıq. bir azdan sirkə gedəcəyik!

- Uraaa, Sirkə gedirik.

Sirk adı eşidən kimi telefon söhbəti yaddan çıxdı. O, sirki, fokusçuları xoşlayırdı.

Sirk Moskvadan gəlsə də, foksçular Hindistanlı idi. Sirk maraqlı keçirdi. Akrobatlar, klounlar, maraqlı heyvanlar, batutda atılıb-düşən Kenqurular... Ən çox Əlinin xoşuna gələn foksçu oldu. O balaca bir qutunun içərisindən o qədər oyuncaq çıxartdı. Ən maraqlısı isə tənəssüf vaxtı foyedə baş verənlər oldu.

Foksçu rəngli, şüşəli bir şüşə oyun qutusunun qarşısında durmuşdu. Şüşə qutu eynən uşaq oyun mərkəzlərindəki kimi rəngarən idi. Amma onun içərisindəki hədiyyələr qeyri-adi, maraqlı idi. Foksçu xarici dildə danışır, yanındakı tərcüməçi onun dediklərini tərcümə edirdi:

- Uşaqlar, Sehrli qutuda gördüyünüz nə varsa, hamısı Hindistandan gətirilib, özləri də sehrlidir. Şüşə qutudakılar adi oyuncaqlar deyil, ağıllı oyuncaqlardır. Ağıllı kuklalar, ağıllı telefonlar, ağıllı fonarlar, ağıllı cib radioları və başqa ağıllı oyuncaqlar. Kim istəsə yaxınlaşıb özünü sınasın. Dəmir çəngəllərlə nəyi götürməyi bacarsa, o da həmin uşağa hədiyyə olunacaq. 

Uşaqlar bunu eşidəndə qaçıb foksçunun başına yığışdılar. Çoxu hədiyyələrdən götürmək istəsə də, bu heç kəsdə alınmırdı. Hədiyyələr sürüşkən idi deyə, dəmir çəngəlin arasında sürüşüb yerə düşürdü. Uşaqlar robotun çəngəli ilə onu yerdən qaldıra bilsələr də, onu şüşə qutudan bayıra çıxarda bilmirdilər. Oyuncaq sürüşüb təzədən qutuya düşürdü.

Ana ilə Əli kənarda dayanıb baxırdılar. Əli şüşə qutudakı oyuncaq telefonu anasına göstərib dedi:

- Mən bu telefondan istəyirəm!

Uşaqlar yenə bu oyundan oynamaq istəsələr də, hərəyə yalnız bir dəfə oynamaq şansı verilirdi. Foksçunun başına yığılmış bütün uşaqlar oynayıb bir yana çəkiləndən sonra Əli anasına dedi:

- Mən də oynamaq istəyirəm!

- Oyna, əlbəttə. Amma gör boyun çatırsa, oyna. Oyun bir az səndən böyük uşaqlar üçündür.

Əli dabanlarını qaldırıb oyuna başladı. Dəmir rıçaqlardan tutub onları irəli çəkdi, Sonra isə onları qutudakı rəngli telefonun düz üstünə apardı. Rıçaqların köməyi ilə telefonu götürdü, onu çox asanlıqla şüşə qutudan çıxartdı. Ətrafda hamıdan kiçik olan Əliyə əl çaldılar. Foksçu əlini onun çiyninə qoyub dedi:

- Magic phone, Smart phone - tərcüməçi tez Foksçunun dediyini tərcümə elədi, - Sehrli telefondur, Ağıllı telefondur!

Əli güldü, telefonu bağrına basdı. O, çoxdan idi ki, belə telefon istəyirdi. Sevindiyindən az qala uçurdu. Tənəffüsdən sonra sirk davam eləsə də, Əlinin gözləri telefonda, onun düymələrində qalmışdı.

Həmin gün Əli üçün çox maraqlı keçdi. Gecə istəyəndə yatsın, telefondan əvvəlcə sakit bir musiqi səsi gəldi, sonra isə qadın səsi:

- İstəsən, sənə nağıl danışaram! - telefondan gələn səsdən Əli həyəcanlansa da, sevindi:

- Hə, istəyirəm, - dedi.

Ağıllı telefon Əliyə çox maraqlı bir nağıl danışandan sonra Əli şirin yuxuya getdi.

Səhər telefondan elə gözəl mahnı səsi gəldi, Əli həmin mahnıya qulas asıb yuxudan durdu. Əli durub gördü hələ heç kəs yuxudan durmayıb. Hamı Əlinin belə tez yuxudan durmağına məəttəl qaldı.

 

Müəllif: Gülzar İbrahimova