Daxili və xarici gözəllik

Daxili və xarici gözəllik

(Hekayə)

Qız: Görəsən, nİyə mən belə çirkinəm? Lap qara meymuna oxşayıram.

Ana: Sən Çirkin deyilsən, heç vaxt özünə Çirkin demə!. İnsanların hamısı bir-birindən fərqlənir. Sən də hamı kimisən!

Qız: Heç bir valideyn öz övladına çirkin demitr. 

Ana: Sən üzünün cizgilərinə ayrılıqda baxırsan, ona görə belə deyirsən. Amma sən özünün xoş, mülayim çöhrəni görmürsən. 

Qız: Yaxşı ana, tutaq ki, sən deyən kimidir, onda nəyə görə bəzi qızlar lap çox gözəldir, amma mənim təkcə üzüm sən deyən kimi xoş və mülayimdir.

Ana: Sən ilk əvvəl öz gözəlliyini özün görməlisən. Sonra bunu başqaları da görəcəklər. Ümumiyyətlə yadda saxla ki, yeniyetmələr heç vaxt çirkin olmurlar. cavanlıq elə özü gözəllikdir. 

Qız: Nəyə görə cavanlar çirkin olmurlar?

Ana: Çünki insanın üzü qəlbində olanları göstərir. Sən yaşda olanlarda isə arzular, ümidlər, planlar, bunların hamısı hələ qarşıda olur. Ürəkdə heç bir qaraltı olmur. Bu isə həmişə gözəldir.

Qız: Bütün bunlar sözlərdir. Amma insanlar xarici görünüşünə görə adama hörmət qoyurlar.

Ana: Xarici görünüşünü insan özü də gözəlləşdirə bilər. Səmimi, gülərüz olsan, hamı səni gözəl görər. Savadlı, dünyagörüşlü olsan, hamı səni sevər. Elə gözəllər var ki, onlarla bir yerdə yola çıxmaq çox maraqsız, darıxdırıcı olur. Amma elə sadə qız da var ki, onunla bir yerdə olmaq sənə rahatlıq verir. Sən dəfələrlə beləsi ilə bir yerdə olmağa, onunla söhbət eləməyə, dost olmağa çalışırsan.

Qız: Deməli gözəllik doğrudan da üzdə yox, daxildə, ürəkdə olur?