(Hekayə)
Gənc: Əvvələr təbiət güclüydü, amma indi insan ona qalib gəlib.Təbiəti özünə tabe etdirib.
Ağsaqqal: Təbiət ən bilikli professordur. İnsan təbiətdən həmişə öyrənməli və öyrənməlidir. İnsan təbiəti heç vaxt özünə tabe etdirə bilməz.
Gənc: Bax gör insan təbiətdə nələr yaradır?
Ağsaqqal: Təbiət Günəşi, Ayı, Okeanları, dənizləri yaradıb. İnsan belə qüdrətli deyil. İnsan belə bir şeyləyrin yaradılmasına çalışmamalı, təbiətin yaratdıqlarını qorumalıdır.
Gənc: Müasir adamlar üçün təbiətdən istifadə etmək o qədər də vacib deyil. İnsan özü yeni texnikanın köməyi ilə hər şey əldə edə bilir.
Ağsaqqal: Heç kəs təbiətin verdiyi nemətlərsiz yaşaya, işləyə bilməz. Təbiət həm də insanları yedirdir.
Gənc: Gələcəkdə insanlar elə ixtiralar edəcəklər ki, həmin şey yeməyi əvəz edəcək.
Ağsaqqal: Təbiət insana verdiyini heç kəs verə bilməz. Təbiət insandan qat-qat güclüdür. Bir Günəş bütün dünyamızı isindirir. Təbiət özü dünyada ən böyük proses olan buxarlanma prosesini həyata keçirir ki, bunun da nəticəsində həyat mövcudluğu mümkün olur. Təkcə son illər baş verən təbiət hadisələrini (zəlzələ, sunami) müşahidə etsən görərsən ki, təbiət insandan güclüdür. İnsan təbiətin təbii varlığıdır. Ona görə də insan orqanizmi sünii şeyləri qəbul etmir. Əgər qəbul etsə də, bir müddətdən sonra belə şeyləri ixtira edənlər, illər keçəndən sonra onun orqanizmə ziyanlı bir şey olduğunu insanlara çatdırmağa çalışırlar.
Gənc: Məsələn nəyi?
Ağsaqqal: Məsələn elə götürək. Kompyüteri, cib telefonunu. Düzdür onların xeyri çoxdu, amma maraqlan gör, kompyüter nə qədər insanın görmə qabiliyyətini pisləşdirib. cib telefonunun beyinə verdiyi zərərləri isə alimlər yavaş-yavaş öyrənir, onun insan beyninə təsirini öyrəndikcə də qadağa təbliğatını artırırlar. Bir şey ki, dəmirləri, betonları keçib, metroda zəngini sənə çatdırır. Və yaxud da, hər hansı bir dərman ixtira olunur, bir neçə illər ondan istifadə ediləndən sonra alimlər təzəsini icad edib, köhnə dərmanın ziyanlı olduğunu bildirərək, yenisini təbliğ edirlər. Sən təbiəti sev, onun gücünə inan, onda hər şeyi özün görərsən.
Gənc: Doğrudan da dediklərində həqiqət var. İnandım sənə.