Noyabrın 7-də Yasamal rayon MKS-i uşaqların sevimli yazıçısı Gülzar İbrahimovanın təsis etdiyi “Sehirli dünya” uşaq jurnalının 1 yaşı münasibətilə əlaqədar Heydər Əliyev Mərkəzində tədbir təşkil etdi.
Tədbirdə Xalq şairi İlyas Tapdıq, tarix elmləri doktoru, professor, şair Şahin Fazil, direktorlar şurasının sədri, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, “Azərbaycan Uşaq Ədəbiyyatı” dərsliyinin müəllifi professor Qara Namazov, orta məktəb şagirdləri iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin büstü önünə gül qoydular.
Giriş sözü ilə tədbiri Sədaqət Seyidzadə açdı, qonaqları salamlamaq üçün sözü Yasamal rayon MKS-nin direktoru Naminə Ömərovaya verdi.
Daha sonra 22 saylı musiqi məktəbinin muğam üçlüyü tədbiri açdı. Tədbirdə Səma Sultanovanın ifasında “Qarabağ şikəstəsi” və “Mehriban olaq” mahnısı dinlənildi, Gülməmmədova Xatirə və İmanov Gəncəli saz alətində Azərbaycanın qədim mahnılarını ifa etdilər, 13, 158, 21 saylı orta məktəblərin şagirdləri Azərbaycan şairlərinin şeirləni söylədilər.
Rəqs nömrələri ilə “Aysel” rəqs qrupunun çıxışı, illuzianist Tofiq əminin sehirli nömrələri uşaqların marağına səbəb oldu.
Tədbirə gələn qonaqlar ayrı-ayrılıqda jurnalın bir yaşının tamam olması münasibətilə Gülzar xanımı təbrik etdilər və ona yaradıcılıq uğurları arzuladılar.
Sonda Gülzar İbrahimova gələn qonaqlara və tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək uşaqlara “Sehirli dünya” jurnalını hədiyyə etdi.
Tədbir boyu jurnalın fəaliyyəti ilə bağlı şəkillər slayd vasitəsilə iştirakçılara təqdim olundu.
“Satılan hər 100 uşaq kitabından cəmi 5-i doğma dilimizdədir”
13 nömrəli məktəbdə keçirilən görüş
Yazıçı öz doğma məktəbinə gəldi
Sumqayıt yeniyetmələri ilə “Üç nəsihət” adlı vətənpərvər oxucu-yazıçı görüşü